Naxçıvanda tələbələr üçün hüquq günləri təşkil olunub
05.12.2024 [20:58]
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumuna uyğun olaraq, Ali Məhkəmə tərəfindən universitetin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün hüquq günləri təşkil olunub.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, üç gün davam edən layihənin ilk günü Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Zamiq Əliyev “Ailə mübahisələrinin həllinin spesifik xüsusiyyətləri” barədə tələbələrə təlim keçib. Təlimdə tələbələr ailə qanunvericiliyinin ümumi xarakteristikası, ailə mübahisələri üzrə işlərə tətbiq olunmalı olan qanunvericilik aktlarının dairəsi, həmin qəbildən işlərə baxılması zamanı formalaşmış vahid məhkəmə təcrübəsi barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı müzakirə aparılıb.
Növbəti gün tələbələrin kazusla işləmələri təmin olunub. Onlar komandalar şəklində ailə mübahisəsi ilə bağlı keys üzərində işləyib, kazusla bağlı sualları cavablandırıblar.
Layihənin sonuncu günü tələbələr tərəfindən işlənmiş keysin müzakirəsi baş tutub. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Zamiq Əliyev tərəfindən tələbələrin iştirakı ilə kazusa təqdim olunmuş cavablar üzərində ətraflı təhlil aparılıb, onlara lazımi izahlar verilib.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihənin məqsədi hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin konkret hüquq sahəsi üzrə biliklərinin təkmilləşdirilməsi, onlarda nəzəri biliklərin təcrübədə istifadəsi vərdişləri yaratmaqla yanaşı, tələbələrin tənqidi düşüncə, hüquqi mühakimə kimi təməl bacarıqlarının inkişafına təkan verməkdir.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

