Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron sənəd qəbulu aparılır
13.04.2026 [12:06]
Aprelin 13-dən etibarən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsinə başlanılıb. Müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər iştirak edə bilərlər.
Bu barədə AZƏRTAC-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edək ki, namizədlər təhsilverənlərin sertifikatlaşdırılması (test və müsahibə mərhələsində uğur qazananlar), müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.
Namizədlərə qeydiyyatdan keçərkən və sənədləri yükləyərkən diqqətli olmaq tövsiyə edilir.
Müsabiqə şərtlərinə uyğun olaraq, sosial amillərlə bağlı elektron ərizəyə aşağıdakı sənədlər yüklənilməlidir:
Əri və ya arvadı hərbçi olduqda:
-Nikah haqqında şəhadətnamənin surəti;
-Ər və ya arvadın hərbçi olduğunu təsdiq edən vəsiqə və ya arayışın surəti.
Şəhid ailəsi üzvü olduqda:
- Şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin (doğum haqqında şəhadətnamənin) surəti;
İş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə:
- Həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surəti.
Yuxarıda qeyd olunan şərtləri ödədikdə:
-Sosial amilləri təsdiq edən bütün sənədlərin surəti.
Qeyd olunan amilləri təsdiq edən sənədlərin hər birini bir vahid faylda toplayaraq elektron ərizənizə yükləməyiniz tələb olunur.
Namizədlər aprelin 20-si saat 11:00-dək linkə daxil olaraq müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Elektron ərizələrin qəbulu mərhələsi başa çatdıqdan sonra müsabiqənin növbəti – vakansiya seçimi mərhələsi barədə ictimaiyyətə məlumat veriləcək.
Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla linkə daxil olaraq tanış ola bilərsiniz.
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

