/ / “Sinxua” agentliyi AzərTAc ilə Bakı Dövlət Universiteti nəzdində Konfutsi İnstitutu arasında əməkdaşlığa dair sazişin imzalanma mərasimi haqqında məlumat dərc edib
“Sinxua” agentliyi AzərTAc ilə Bakı Dövlət Universiteti nəzdində Konfutsi İnstitutu arasında əməkdaşlığa dair sazişin imzalanma mərasimi haqqında məlumat dərc edib
04.02.2014 [09:35]
Çinin “Sinxua” informasiya agentliyi bu günlərdə Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc ilə Bakı Dövlət Universiteti nəzdində Konfutsi İnstitutu arasında əməkdaşlığa dair sazişin imzalanma mərasimi haqqında məlumat dərc edib.
“AzərTAc agentliyinin jurnalistləri Çin mədəniyyətini və Çin dilini fəal öyrənəcəklər” sərlövhəli materialda qeyd edilir ki, həmin sazişə əsasən agentlikdə Konfutsi İnstitutunun filialının açılması, informasiya agentliyinin əməkdaşları üçün Çin dili məşğələləri aparılması, Çində təcrübə keçmək, agentliyin məhsullarını Asiya regionunda təbliğ etmək məqsədi ilə AzərTAc-a məsləhət və tərcümə xidmətləri göstərilməsi nəzərdə tutulur.
Məlumatda qeyd edilir ki, AzərTAc-ın baş direktoru Aslan Aslanov bu tədbiri Azərbaycan ilə Çin arasında dostluq əlaqələrinin nəticəsi kimi qiymətləndirib. O, dünyanın nüfuzlu agentliyi olan “Sinxua” ilə AzərTAc arasında mövcud səmərəli əlaqələri xüsusi qeyd edib. A.Aslanov iki agentlik arasında dostluq münasibətlərinin və informasiya mübadiləsinin fəal inkişaf etməsini vurğulayaraq bildirib ki, bu əlaqələr bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək.
Baş direktor qeyd edib ki, bir neçə il bundan əvvəl AzərTAc ilə “Sinxua” arasında informasiya sahəsində əməkdaşlıq haqqında sənəd imzalanıb. AzərTAc və “Sinxua” dünya və regional səviyyəli müxtəlif informasiya təşkilatlarında uğurla əməkdaşlıq edir, bir-birini dəstəkləyir. Belə təşkilatlardan biri də Asiya və Sakit Okean Ölkələrinin Xəbər Agentlikləri Təşkilatıdır.
Mərasimdə iştirak edən Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Çjao Huasin vurğulayıb ki, Konfutsi İnstitutunun AzərTAc-da filialının açılması Azərbaycanda Çinlə daha dərindən tanış olmağa imkan yaradacaq, Çin mədəniyyətinə marağın daha da artmasına səbəb olacaq.
BDU nəzdində Konfutsi İnstitutunun direktoru Hu Fenhua ümidvar olduğunu bildirib ki, Konfutsi İnstitutu ilə AzərTAc-ın əməkdaşlığı Azərbaycan ilə Çin arasında dostluğu, qarşılıqlı anlaşmanı, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığı genişləndirəcək və möhkəmləndirəcək, Azərbaycan vətəndaşlarını Çin ilə, onun qədim mədəniyyəti, tarixi və ənənələri ilə tanış etməyə şərait yaradacaq.
Xəbər lenti
Hamısına baxSosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53

