/ / Orxan İsayev: İraq türkmanlarının irsinin öyrənilməsi Türk dünyasının inteqrasiyası üçün strateji əhəmiyyət daşıyır
Orxan İsayev: İraq türkmanlarının irsinin öyrənilməsi Türk dünyasının inteqrasiyası üçün strateji əhəmiyyət daşıyır
05.08.2026 [14:42]
İraq türkmanlarının zəngin ədəbi, folklor və mədəni irsinin öyrənilməsi Azərbaycan–Türk dünyası elmi əlaqələrinin əsas istiqamətlərindən birinə çevrilib. Alimlər bildirirlər ki, uzun illər ərzində aparılan araşdırmalar, nəşrlər və elmi layihələr sayəsində türkman irsinin öyrənilməsi sahəsində mühüm elmi baza formalaşıb. Bu istiqamətdə həyata keçirilən yeni təşəbbüslər isə ortaq tarixi-mədəni dəyərlərin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. İraq türkmanlarının zəngin ədəbi, folklor və mədəni irsinin öyrənilməsi, araşdırılması və Azərbaycan oxucusuna çatdırılması istiqamətində son onilliklərdə mühüm elmi-mədəni layihələr həyata keçirilir. Bu sahədə aparılan tədqiqatlar ortaq tarixi və mədəni dəyərlərin daha dərindən öyrənilməsinə, Azərbaycan–Türk dünyası əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev bildirib.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev bildirib.
Tədqiqatçı alimin sözlərinə görə, ötən əsrin 60-cı illərindən etibarən bu sahədə formalaşan elmi ənənənin inkişafında professor Qəzənfər Paşayevin müstəsna xidmətləri olub. Məhz onun fəaliyyəti nəticəsində İraqdakı türkman soydaşlarımızla elmi-mədəni əlaqələr yenidən bərpa edilib, Azərbaycanda İraq türkmanşünaslığı üzrə elmi məktəb formalaşıb. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarında aparılan tədqiqatlar, nəşr olunan kitab və məqalələr, elmi konfrans və seminarlar İraq türkmanlarının zəngin ədəbi-mədəni irsinin daha geniş şəkildə tanıdılmasına xidmət edir.
Tədqiqatçı qeyd edib ki, Qarabağ Zəfərindən sonra Azərbaycan dövləti türk xalqları ilə ortaq tarixi və mədəni irsin öyrənilməsinə xüsusi diqqət ayırır. Bu istiqamətdə Azərbaycanda keçirilən Türkman İrsi Forumu, eləcə də İraq, Suriya, Livan və Türkiyədən alim və tədqiqatçıların iştirakı ilə təşkil olunan tədbirlər elmi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verib.
Alim vurğulayıb ki, bu il Azərbaycanda ilk dəfə türkman irsinin sistemli araşdırılması məqsədilə "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyi təsis edilib. Təşkilatın əsas məqsədi türkman irsi üzrə çalışan alim və tədqiqatçıları bir araya gətirmək, elmi araşdırmaların səmərəliliyini artırmaq və bu zəngin irsin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməkdir.
Azərbaycan və İraq türkmanlarının ortaq dəyərlərinə də toxunan Orxan İsayev bildirilib ki, hər iki xalq ortaq dil, folklor, ədəbiyyat, dövlətçilik ənənələri və ailə-məişət mədəniyyəti ilə sıx bağlıdır. Kərkük və ətraf bölgələrdə danışılan türkman türkcəsinin Azərbaycan dilinin dialektlərindən biri hesab olunması, həmçinin Qazi Bürhanəddin, Cahanşah Həqiqi, Şah İsmayıl Xətai, Əbdülqədir Marağayi və Məhəmməd Füzuli kimi klassiklərin ortaq ədəbi irsin əsas nümayəndələri olması bu tarixi bağlılığın mühüm göstəricilərindəndir.
Orxan İsayevin fikrincə, İraq türkmanları və Azərbaycan türkləri eyni etnik kökdən gələn, müxtəlif coğrafiyalarda yaşayan bir xalqın nümayəndələridir. Bu baxımdan ortaq ədəbi və mədəni irsin araşdırılması yalnız elmi deyil, həm də milli-mədəni yaddaşın qorunması və Türk dünyasının inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

