Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Üç məktəbəqədər təhsil müəssisəsi BŞTİ-nin tabeliyinə verilib

Üç məktəbəqədər təhsil müəssisəsi BŞTİ-nin tabeliyinə verilib

06.08.2026 [12:43]

Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən 3 məktəbəqədər təhsil müəssisəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyinə verilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, söhbət Nəsimi rayonunda yerləşən 355 və 357 nömrəli, eləcə də Səbail rayonundakı 356 nömrəli körpələr evi-uşaq bağçalarından gedir.

Qeyd olunub ki, məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılsa da, həmin bağçalarda qrupların komplektləşdirilməsinə dəstək məqsədilə qeydiyyat elektron sistem üzərindən davam etdirilir. Valideynlər hər üç bağça üzrə “bq.edu.az” elektron qeydiyyat sistemi vasitəsilə müraciət edə bilərlər.

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, infrastrukturun yenilənməsi və uşaqların təlim-tərbiyəsi üçün yaradılan şəraitin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bununla yanaşı, məktəbəqədər təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və müəssisələrdə çalışan heyətin peşəkarlığının artırılması prioritet istiqamətlərdən biridir.

Paylaş:
Baxılıb: 396 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30