Bolqarıstanın Baş naziri Plamen Oreşarski Bakı Slavyan Universitetində olub
21.02.2014 [09:09]
Azərbaycana rəsmi səfəri çərçivəsində Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 20-də Bakı Slavyan Universitetində (BSU) olub.
AzərTAc xəbər verir ki, universitetin rektoru, professor Kamal Abdulla rəhbərlik etdiyi ali təhsil ocağının tarixi, strukturu, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Bildirilib ki, universitetdə “Bolqar dili” və “Bolqarşünaslıq” ixtisasları üzrə mütəxəssislər hazırlanır və 2007-ci ildən bəri beynəlxalq münasibətlər fakültəsində ikinci ixtisası bolqar dili olan 14 tələbə məzun olub.
Professor K.Abdulla Sofiya Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin, BSU-dakı Bolqar Dili və Mədəniyyəti Mərkəzinin dövlətlərimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Azərbaycana rəsmi səfəri çərçivəsində Bakı Slavyan Universitetində olmağından məmnunluğunu ifadə edən Bolqarıstanın Baş naziri Plamen Oreşarski burada bolqar dilinin tədrisi ilə fəxr etdiyini vurğulayıb.
Görüşdə, həmçinin azərbaycanlı tələbələrin Bolqarıstanda təcrübə keçməsi barədə fikir mübadiləsi aparılıb.
Sonda BSU-nun rektoru K.Abdulla Bolqarıstan rəsmisinə xatirə hədiyyəsi təqdim edib.
Daha sonra Bolqarıstanın Baş naziri universitetdə fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzi ilə tanış olub.
Qonağa ətraflı məlumat verən universitetin dosenti Solmaz Süleymanova bildirib ki, mərkəz 2004-cü il oktyabrın 7-də yaradılıb. Mərkəzdə, həmçinin Bolqarıstandan BSU-ya gələn qonaqlar barədə elektron təqdimat nümayiş olunub, tələbələr bolqar dilində mahnı oxuyublar.
Baş nazir Plamen Oreşarski mərkəzə bolqar dilində bədii ədəbiyyat hədiyyə edib. Burada yaradılmış şəraiti yüksək qiymətləndirən Baş nazir xatirə kitabına ürək sözlərini yazıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55

