Azərbaycan-Özbəkistan: təhsil əməkdaşlığından ortaq elmi mühitə doğru
23.08.2026 [18:26]
Azərbaycan-Özbəkistan münasibətləri son illərdə bütün istiqamətlər üzrə dinamik inkişaf edir. Bu prosesdə elm və təhsil sahəsində əməkdaşlıq xüsusi yer tutur. İki ölkənin universitetləri arasında birbaşa əlaqələrin genişlənməsi, tələbə və müəllim mübadiləsinin inkişaf etdirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi Azərbaycan və Özbəkistan arasında gələcəyə hesablanmış tərəfdaşlığın mühüm istiqamətlərindəndir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib. Ekspert bildirib ki, təhsil əməkdaşlığının əhəmiyyəti yalnız mövcud əlaqələrin inkişafı ilə məhdudlaşmır. Bu əməkdaşlıq, eyni zamanda, iki qardaş ölkənin gələcək münasibətlərinin daha möhkəm əsaslar üzərində qurulmasına xidmət edir.
“Azərbaycan-Özbəkistan arasında təhsil əlaqələrinin genişlənməsi strateji baxımdan böyük əhəmiyyət daşıyır. Çünki təhsil əməkdaşlığı təkcə bu günün deyil, gələcəyin münasibətlərinin formalaşmasına xidmət edir. Universitetlər arasında birbaşa əlaqələrin genişlənməsi, tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələri və akademik mobilliyə diqqətin artırılması bu baxımdan müsbət məqamdır. 2025-ci ildə Azərbaycan və Özbəkistan universitetlərinin rektorlarının ilk görüşündə 60-a yaxın əməkdaşlıq sənədinin imzalanması iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin miqyasını göstərən mühüm göstəricidir. Bu sənədlər universitetlər arasında əməkdaşlığın yalnız niyyət səviyyəsində qalmadığını, konkret tərəfdaşlıq mexanizmlərinin formalaşdırıldığını göstərir.
Azərbaycan və Özbəkistan arasında tələbə mübadiləsi də xüsusi əhəmiyyət daşıyır. 2025–2026-cı tədris ilində 176 Azərbaycan vətəndaşının Özbəkistanda, 67 Özbəkistan vətəndaşının isə Azərbaycanda təhsil alması iki ölkə arasında qarşılıqlı akademik marağın göstəricisidir. Bu rəqəmlər qarşılıqlı marağın mövcud olduğunu göstərir. Düşünürəm ki, gələcəkdə tələbə mübadiləsinin miqyasını daha da artırmaq mümkündür. Bunun üçün tələbələrə hər iki ölkənin universitetlərində təhsil almaq, elmi layihələrdə iştirak etmək və akademik təcrübə qazanmaq üçün daha geniş imkanlar yaradılmalıdır”, – deyə ekspert əlavə edib.
Məzahir Məmmədlinin fikrincə, qarşıdakı mərhələdə əsas diqqət imzalanan əməkdaşlıq sənədlərinin real nəticələrə çevrilməsinə yönəldilməlidir. İkili diplom proqramlarının genişləndirilməsi, birgə tədqiqat mərkəzlərinin yaradılması, professor-müəllim mübadiləsinin artırılması və tələbələr üçün ortaq layihələrin həyata keçirilməsi Azərbaycan-Özbəkistan təhsil tərəfdaşlığını yeni mərhələyə yüksəldə bilər.
Elm və təhsil sahəsində əməkdaşlığın inkişafı iki ölkənin insan kapitalının gücləndirilməsi ilə yanaşı, gənclər arasında əlaqələrin möhkəmlənməsinə də mühüm təsir göstərir: “Təhsil əməkdaşlığı yalnız universitetlər və tələbələr arasında əlaqələrin qurulması demək deyil. Eyni zamanda, iki qardaş xalqın gənclərinin bir-birini daha yaxından tanımasına, ortaq elmi və intellektual mühitin formalaşmasına xidmət edir. Bu baxımdan Azərbaycan və Özbəkistan arasında təhsil əlaqələrinin inkişafı xalqlarımız arasındakı tarixi, mədəni və mənəvi yaxınlığın daha da möhkəmlənməsinə töhfə verir. Qarşıdakı illərdə Azərbaycan və Özbəkistan arasında tələbə, alim və universitetlər səviyyəsində daha sıx və nəticəyönümlü əməkdaşlıq modelinin formalaşdırılması əsas hədəflərdən biri olmalıdır. Bu istiqamətdə atılacaq addımlar həm Azərbaycan və Özbəkistanın elm və təhsil sistemlərinin inkişafına, həm də bütövlükdə Türk dünyasında akademik və elmi əlaqələrin güclənməsinə mühüm töhfə verə bilər”.
Xəbər lenti
Hamısına baxMədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55

