/ / “Bakı qış neft məktəbi” layihəsi tələbələr arasında bilik və təcrübələrin bölüşməsində əhəmiyyətli rol oynayacaq
“Bakı qış neft məktəbi” layihəsi tələbələr arasında bilik və təcrübələrin bölüşməsində əhəmiyyətli rol oynayacaq
05.03.2014 [09:39]
Martın 4-də Bakı Ali Neft Məktəbi (BANM) və Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən təşkil edilən “Bakı qış neft məktəbi”nin açılış mərasimi keçirilib.
BANM-ın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbirdə çıxış edən bu ali təhsil ocağının rektoru Elmar Qasımov layihədə Almaniyanın Lüdviq Maksimillian, Berlin Texniki, Leypziq universitetlərindən və digər tanınmış ali məktəblərdən tələbələrin iştirak edəcəyini deyib.
Bildirilib ki, layihənin məqsədi əcnəbi tələbələr ilə bilik və təcrübələrin inkişaf etdirilməsi, eyni zamanda, qədim tarixə, əsrarəngiz təbiətə malik, Avropanın və regionun enerji təhlükəsizliyi həllində önəmli rol oynayan, artıq dünyanın enerji siyasətinin tərkib hissələrindən biri olan Azərbaycan ilə tanışlıqdır.
BANM-ın fəaliyyət istiqamətləri və perspektiv vəzifələri haqqında məlumat verən rektor qeyd edib ki, bu ali təhsil müəssisəsinin yaranmasının məqsədi ölkəmizin inkişafında rol oynayacaq yüksək ixtisaslı kadrlar yetişdirməkdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, bilik və təcrübələrin bölüşməsi, ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı baxımından bu cür layihələrin həyata keçirilməsi olduqca vacibdir.
Azərbaycanın neft tarixi haqqında danışan X.Məmmədov qeyd edib ki, dünyada sənaye üsulu ilə ilk dəfə neft respublikamızda hasil olunub və dənizdə ilk neft ölkəmizdə çıxarılıb. Dünyanın neft tarixində azərbaycanlı mütəxəssislərin əvəzolunmaz yeri olub. Sibirdə, Hindistanda, Braziliyada neft yataqlarının tapılması məhz azərbaycanlı alimlərin adı ilə bağlıdır.
Azərbaycanın enerji siyasəti və artıq transmilli şirkətə çevrilmiş ARDNŞ tərəfindən həyata keçirilən qlobal enerji layihələri haqqında da ətraflı məlumat verilib.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Fariz Rzayev Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyasının ildən-ilə genişləndiyini deyib. Bildirilib ki, bu baxımdan insan resurslarının müasir standartlara uyğun şəkildə gücləndirilməsi olduqca önəmli məsələdir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsil sahəsində həyata keçirilən islahatlar haqqında da ətraflı məlumat verib.
Sonra Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Məlumat Mərkəzinin direktoru Nikola Ulliş qurumun fəaliyyəti haqqında danışıb. Bildirib ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən BANM kimi təhsil ocaqlarının yaradılması çox mühüm məsələdir.
N.Ulliş təmsil etdiyi təşkilatın Bakı Ali Neft Məktəbi ilə müxtəlif tədris və təhsil layihələri çərçivəsində əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

