BDU-da “Bilik Günü” və 2014/2015-ci tədris ilinin başlanması münasibətilə təntənəli tədbir olub
16.09.2014 [09:42]
Sentyabrın 15-də Bakı Dövlət Universitetində (BDU) “Bilik Günü” və 2014/2015-ci tədris ilinin başlanması münasibətilə təntənəli tədbir olub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
AzərTAc xəbər verir ki, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov müdrik rəhbər, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin təhsilin inkişafına xüsusi önəm verdiyini, Ümummilli liderin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini diqqətə çatdırıb.
Rektor Azərbaycan Prezidenti İlham Əliyevin təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulayıb.
Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu böyük qürur hissi ilə xatırladan akademik A.Məhərrəmov gəncləri vətənpərvərliyə, təhsildə yüksək nailiyyətlər qazanmağa çağırıb.
Bakı Dövlət Universitetinin tarixi, inkişaf mərhələləri, burada qazanılan nailiyyətlər barədə məlumat verən rektor bildirib ki, bu il BDU-ya bakalavriat pilləsi üzrə 4 min 269 nəfər qəbul olunub. Onlardan 226 nəfəri qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb.
Universitetdə “SABAH” qruplarına 10 ixtisas üzrə 200-dən çox tələbə qəbul olunub. Magistratura pilləsi üzrə 190 ixtisaslaşma üzrə 6 yüz nəfər qəbul edilib.
Akademik A.Məhərrəmov “Bilik Günü” münasibətilə professor-müəllim heyətini və tələbələri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi böyük diqqət və qayğıdan bəhs edib.
Çıxış edən tələbələr gənclərə və onların təhsilinə göstərilən böyük qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Akademik Abel Məhərrəmov bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq BDU-ya qəbul olunmuş gənclərə tələbə biletlərini, universitetin tarixini əks etdirən bukletləri təqdim edib.
Sonra Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində Elmi kitabxananın filialı, fizika fakültəsində bir neçə elmi-tədqiqat və tədris laboratoriyaları, biologiya fakültəsində “Qızıl fond” adlandırılan herbari fondu istifadəyə verilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32

