AMEA ilə Serbiya Elmlər və İncəsənət Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb
04.12.2014 [10:25]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti Serbiyada səfərdə olub. Serbiya Elmlər və İncəsənət Akademiyasının (SANU) prezidenti, akademik Nikola Xaydinin dəvəti ilə reallaşan səfər çərçivəsində bir sıra görüşlər keçirilib.
N.Xaydi ilə keçirilən görüşdə Azərbaycan və Serbiya arasında münasibətlərin qısa zaman ərzində strateji tərəfdaşlıq səviyyəsinə qalxmasından məmnunluq ifadə edilib. Vurğulanıb ki, bu münasibətlərin elm sahəsi də daxil olmaqla müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi üçün geniş imkanlar var.
Tərəflər iki ölkənin müvafiq elmi-tədqiqat institutları arasında əməkdaşlıq, təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran sahələr üzrə birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparıblar.
Səfər çərçivəsində hər iki ölkənin Elmlər akademiyalarının prezidentləri tərəfindən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.
İclasda çıxış edən A.Əlizadə tədbir iştirakçılarını Azərbaycanda elm və təhsil sahələrinin inkişafı, qədim tariximiz və zəngin mədəni irsimiz haqqında məlumatlandırıb. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev müvafiq sahələrin inkişafını daim diqqət mərkəzində saxlayır.
Akademik AMEA-da həyata keçirilən islahatlar, gələn il ölkəmizdə keçiriləcək “Bakı - 2015” ilk Avropa Oyunları və 2015-ci ildə AMEA-nın 70 illik yubileyinə hazırlıq işləri barədə də danışıb.
Tədbir çərçivəsində AMEA ilə SANU arasında əməkdaşlıq haqqında saziş və buna əlavə protokol imzalanıb.
Daha sonra Belqrad Universitetinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə Serbiyanın təhsil sistemi, ali təhsil müəssisəsi ilə AMEA arasında əməkdaşlıq imkanları müzakirə olunub.
AMEA-nın nümayəndə heyəti Serbiyanın elm və incəsənət xadimləri, səfirliyimizin əməkdaşları və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə birgə Azərbaycan hökumətinin dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş “Taşmaydan” parkını ziyarət edərək Ümummilli lider Heydər Əliyevin burada ucaldılan abidəsinin, eləcə də görkəmli serb yazıçısı Milorad Paviçin heykəlinin və Belqrad şəhərinin bombalanması zamanı həlak olan uşaqların xatirə lövhəsinin önünə tər çiçəklər qoyublar.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Serbiyanın ikinci böyük şəhəri, eyni zamanda, elm və mədəniyyət paytaxtı hesab edilən Novi Sad şəhərində də olub. SANU-nun Novi Sad bölməsində elm ictimaiyyəti ilə görüşlər keçirən nümayəndə heyətinin üzvləri dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Prezident İlham Əliyevin təşəbbüsü və Azərbaycan hökumətinin dəstəyi ilə inşa edilmiş memorial kompleksini ziyarət ediblər. Nümayəndə heyəti, həmçinin Prezident İlham Əliyevin təşəbbüsü və Azərbaycan hökumətinin dəstəyi ilə Belqrad şəhərində təmir və bərpa edilmiş “Bayraklı Cami” məscid kompleksinə və Novi Sad şəhərindəki “Müqəddəs Petka” kilsəsinə baş çəkiblər.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59

