UNEC-də beynəlxalq elmi-praktiki konfrans keçirilib
01.02.2017 [10:32]
UNEC-də “Təhsilin sosial - iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Tədbirdə millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ictimai xadimlərlə yanaşı, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Çin, Macarıstan, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Litvadan olan nümayəndələr heyəti iştirak ediblər.
Öncə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Ziyarətçilər həmçinin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsini yad edərək, məzarı üstünə gül dəstələri düzüblər.
Konfransda çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov ölkə Prezidenti İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin qarşıya qoyduğu əsas vəzifə və hədəflərə nail olunmasında, müasir tələblərə cavab verən kadr hazırlığının qaçılmaz olduğunu deyib. Mühüm sənədin ali təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyduğunu bildirən rektor, bu vəzifələrin icrasında universitetlərin üzləşdiyi məqamlara diqqət çəkib: “Cəmiyyətdə ali təhsilə olan tələblə həmin tələbin ödənilməsində böyük uyğunsuzluq var. Cəmiyyət öz inkişafı ilə təhsil sistemini bir neçə il qabaqlayır. Digər məqam ondan ibarətdir ki, savadlılığın qlobal miqyasda artması dünyada bərabərsizliyin artması ilə müşayiət olunur”.
Bütün bunlara baxmayaraq, Ə.Muradov sosial-iqtisadi inkişafda təhsilin mühüm rola malik olduğunu qeyd edib. Universitetlərin tədqiqat mərkəzinə çevrilməsini qaçılmaz hesab edən rektor bu istiqamətdə UNEC-də zəruru infrastukturun yaradılması prosesinin sürətləndirildiyini bildirib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov son 25 ildə Azərbaycanın keçdiyi sürətli inkişaf yolundan danışıb: “Bu gün sosial-iqtisadi inkişafda təhsil mühüm rol oynayır. Qloballaşan dünyada inkişaf, qlobal səviyyədə rəqabətli olmaq deməkdir. Sosial inkişafa nail olmaq üçün rəqabətqabliyyətli olmalıyıq. Qlobal səviyyədə uğurlu və rəqabətli olmadan, iqtisadiyyat güclü hesab oluna bilməz. Bilik iqtisadiyyatı insan faktorunu ön plana çəkir”.
AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli istənilən cəmiyyətin taleyində təhsilin həlledici əhəmiyyətə malik olduğunu deyib: “Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” tezisi Azərbaycanın müstəqillik dövründə hədəflərini müəyyən etməklə yanaşı, qlobal çağırışlara da tam cavab verir. Bu gün ölkə başçısı, cənab İlham Əliyevin rəhbərliyi ilə elm, təhsil və texnologiya sahəsində aparılan islahatlar müasir Azərbaycan cəmiyyətinin hərtərəfli inkişafına öz tövhələrini verməkdədir”.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkədə bilik iqtisadiyyatının formalaşmasından, orta və uzun müddətli persperkitvləri müəyyənləşdirən Strateji Yol Xəritəsində iqtisadiyyatla yanaşı, təhsilin də inkişaf hədəflərinin müəyyənləşdirilməsindən, bununla da bu gün təhsil və iqtisadiyyatın vəhdət təşkil etməsindən danışıb.
Davamlı inkişafın təmin edilməsində təhsilin mühüm amil olduğunu deyən BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai Azərbaycanın sosial-iqtisadi inkişafında təhsilin rolunu xüsusi vurğulayıb. Azərbaycanda təhsil sektorunun inkişafına xüsusi diqqət yetirildiyini qeyd edən Q.İsakzai təmsil etdiyi qurumun inkişaf proqramı çərçivəsində ölkəmizin digər təhsil müəssisələri ilə yanaşı, UNEC-lə də əməkdaşlığa hazır olduğunu bildirib.
Plexanov adına Rusiya İqtisad Universitetinin Təhsilin İnkişafı üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yevgeniya Valeriyevna Şubenkova dünyada yüksək texnologiyalarının sürətlə inkişaf etdiyini nəzərə çatdıraraq rəqəmsəl təhsil mühitinin yaradılması ilə online təhsilin qaçılmaz olduğunu vurğulayıb.
Konfrans “Təhsil və sosial-iqtisadi inkişaf”, “Təhsil sektorunun inkişafı: qlobal meyllər, mütərəqqi təcrübələr və islahatlar”, “Tədrisin keyfiyyətinin idarə edilməsinə yeni yanaşma” mövzusunda sessiyalarda işini davam etdirib. Sessiyalarda yerli və xarici ekspertlərin məruzələri dinlənilib.
Xəbər lenti
Hamısına baxSosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Gündəm
09 Oktyabr 10:33
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14

