Professor Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə idiomatik lüğət”i çapdan çıxıb
25.10.2017 [10:00]
Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə idiomatik lüğət” kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, lüğət ali məktəb tələbələri, müəllimlər, doktorantlar, dissertantlar, tərcüməçilər, jurnalistlər, diplomatlar, informasiya işçiləri, iş adamları, ümumiyyətlə, ingilis dilini mükəmməl öyrənmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitaba “Ön söz” yazmış AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu diqqətə çatdırır ki, hər dövrün öz tələbatı olduğu kimi, lüğətçiliyin də öz inkişaf qanunları və tələbləri var. Belə ki, zaman keçdikcə müxtəlif lüğətlərin ərsəyə gəlməsinə ehtiyac duyulur. Beynəlxalq aləmə çıxışı olan müstəqil Azərbaycan Respublikasında ingilis dilinin köməyilə müxtəlif əlaqələrin qurulması göz qabağındadır. Bu gün Azərbaycan dilinin nüfuzu gündən-günə artır.
Eyni zamanda, bildirilir ki, müasir inkişaf prosesi ingiliscə-azərbaycanca və azərbaycanca-ingiliscə sahə lüğətlərinə nə qədər böyük tələbat olduğunu açıq-aşkar sübut edir. Bu baxımdan, professor Nigar Vəliyeva tərəfindən tərtib edilən “Azərbaycanca-ingiliscə idiomatik lüğət” müasir zamanın tələbatına tam cavab verir.
Digər tərəfdən, Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” dilçi alimlərimizin qarşısında mühüm vəzifələr qoyur. Professor Nigar Vəliyevanın hazırladığı lüğət bu baxımdan dilçilik elminə, tərcümə sahəsinə dəyərli töhfədir.
Professor Nigar Vəliyevanın tərtib etdiyi bu lüğət dərin axtarışların məhsuludur. Lüğətdə bircə “abır” sözü ilə bağlı Azərbaycan dilində 70-dək idiomatik ifadənin ingilis dilində qarşılığı verilib. Bu cür nümunələrin sayını istənilən qədər artırmaq olar. Bütün bunlar müəllifin Azərbaycan və ingilis dillərinin məna incəliklərini mükəmməl araşdırmasını təsdiqləyir.
Bu kitab leksikologiyanın xüsusi kurslarında, tərcümə nəzəriyyəsində, müqayisəli tipologiya fənnində, müxtəlif nəzəri və praktik seminarlarda, başqa leksikoqrafik tədqiqatlarda, ayrı-ayrı lüğətlərin hazırlanmasında gərəkli materialdır. Lüğət frazeologiyayaratma və frazeologiyadan istifadə nəzəriyyəsinin inkişafı üçün dəyərli leksikoqrafik qaynaqdır.
“Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində çapdan çıxmış kitabın elmi redaktoru Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədovdur.
“Azərbaycanca-ingiliscə idiomatik lüğət”in müəllifi professor Nigar Vəliyeva 2011-ci ildən Avropa Linqvistik Cəmiyyətinin üzvüdür. Elmi əsərləri ABŞ, Rusiya, Braziliya, Polşa, İspaniya, Rumıniya, Fransa, Gürcüstan və Kanadada, habelə ölkəmizin bir sıra nüfuzlu beynəlxalq elmi-nəzəri-metodik jurnallarında çap edilib.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49

