“Yüksəliş” müsabiqəsi əyani mərhələyə start verir
11.09.2020 [09:46]
“Yüksəliş” müsabiqəsi sentyabrın 12-də əyani mərhələnin imtahanlarına başlayır.
AZƏRTAC xəbər verir ki, imtahanlar Təhsil, Gənclər və İdman nazirlikləri və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə 11 regionda təşkil olunan 24 imtahan mərkəzində keçiriləcək. Əyani mərhələnin imtahanına müsabiqənin əvvəlki mərhələlərini uğurla keçən 940 nəfər qatılacaq. İmtahan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla hazırlanan təlimata uyğun təşkil ediləcək.
Əyani mərhələ 2 imtahandan - qabiliyyət üzrə yoxlama və idarəetmə bacarıqlarından ibarətdir. İki saat ərzində keçirilməsi nəzərdə tutulan qabiliyyət üzrə yoxlama imtahanında iştirakçılar onlayn mərhələnin qabiliyyət imtahanında doğru cavablandırdıqları sualların ümumi sayının ən azı 70 faizini, bloklar üzrə ayrı-ayrılıqda doğru cavablandırdıqları sualların isə ən azı 50 faizini təkrar etməlidir.
Əyani mərhələnin idarəetmə bacarıqları üzrə imtahanına qabiliyyət üzrə yoxlama imtahanından uğurla keçən iştirakçılar buraxılacaq.
Əyani mərhələnin qabiliyyət üzrə yoxlama imtahanının nəticələri iştirakçılara həmin gün təqdim olunacaq. Üç saat ərzində keçirilməsi nəzərdə tutulan idarəetmə bacarıqları üzrə imtahanın nəticələri isə 2 həftə müddətində yoxlanılıb iştirakçıların şəxsi elektron kabinetinə göndəriləcək.
İmtahanlarda ən yüksək nəticə göstərən 300-dək iştirakçı müsabiqənin növbəti mərhələsində - yarımfinalda iştirak etmək hüququ qazanacaq.
İmtahana gələrkən iştirakçılar ölkədə sanitar-epidemioloji qaydalara uyğun sosial məsafəni qorumalı, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etməlidir. İmtahan zalına girməzdən əvvəl iştirakçıların temperaturu yoxlanılacaq. Temperaturu 37°C-dən yuxarı olan iştirakçılar imtahana buraxılmayacaq.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.
2019-cu il dekabrın 27-də müsabiqənin qeydiyyat mərhələsinə başlanılıb və bu proses 2020-ci il fevralın 2-də yekunlaşıb. Ümumilikdə 11760 nəfər qeydiyyat üçün müraciət edib və onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53

