Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Kəlbəcərdəki kiçik su elektrik stansiyalarında ümumilikdə 183,6 milyon kilovat/saat enerji istehsal edilib

Kəlbəcərdəki kiçik su elektrik stansiyalarında ümumilikdə 183,6 milyon kilovat/saat enerji istehsal edilib

25.08.2026 [18:25]

İstifadəyə verildiyi tarixdən cari ilin iyul ayınadək “Çıraq-1” kiçik su elektrik stansiyasında (KSES) 65,6 milyon kilovat-saat, “Soyuqbulaq” KSES-də 61 milyon kilovat-saat, “Çıraq-2” KSES-də isə 57 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

AZƏRTAC bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Xatırladaq ki, 2023-cü il avqustun 25-də Kəlbəcər rayonunda Tərtər çayının üzərində 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə “Soyuqbulaq” KSES-ləri, Qaraarxac çayı üzərində isə 6 meqavat gücündə “Çıraq-2” KSES istismara verilib.

Su elektrik stansiyalarının fəaliyyəti yaşıl enerjinin inkişafına töhfə verməklə yanaşı, istixana effekti yaradan qazların emissiyasını azaltmağa və ətraf mühitin qorunmasına xidmət edir.

Paylaş:
Baxılıb: 60 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31