Sredinskinin “Darülfünunda jurnalist kafedrası” məqaləsinə əlavə kimi
10.10.2023 [14:25]
Əksər tədqiqatlarda konsepsiya və təcrübə meydanı kimi, Avropa jurnalistikanın yarandığı yer olaraq qeyd olunur. Lakin qitənin mədəni müxtəlifliyini nəzərə alanda sahənin dəqiq tarixi konturlarını müəyyən etmək çətinlik törədir.
Ümumiyyətlə, jurnalistika linqvistik (dil) sərhədləri baxımından və əsasən də milli kontekstdə inkişaf edən sahədir. Lakin milli fərqlərlə paralel müxtəlif ölkələrin jurnalistika tarixində oxşar inkişafları da müşahidə edirik. Bu mənada, Avropa və ABŞ arasında sahə üzrə qarşılıqlı təsirləri buna misal göstərə bilərik.
Jurnalistika elə bir ixtisas növüdür ki, asinxron, yəni sahəyə aid nəzəri materialları müxtəlif vaxtlarda və yerlərdə öyrənmək olur. Bəs, Azərbaycanda necə, bu sahə elmi şəkildə nə zamandan öyrənilməyə başladı? Sahəyə tələbat hansı ehtiyacdan yarandı?
1928-ci ildə Azərbaycan Dövlət Universitetində (indiki BDU) türklərdən mətbuat işçiləri hazırlamaq məqsədilə jurnalizm və biblioqrafiya kafedrası yaradılır. Rəhbərlik Sergey Nikolayeviç Sredinskiyə tapşırılır. Beləliklə, Azərbaycanda bu sahənin elmi şəkildə öyrənilməsinə başlanılır.
Həmin dövrdə jurnalizm kafedrasının rəsmi qəzeti “Student-jurnalist” adlanırdı. Jurnalistika fakültəsinin tarixi haqqında ilkin məlumat məhz S.N.Sredinskinin qəzetə verdiyi müsahibə ilə bağlıdır.
Müsahibədə qeyd olunur: “...bu vaxtadək Şuralar İttifaqında jurnalistika təhsili iki məktəbdə həyata keçirilirdi: Moskva Jurnalist İnstitutu və Leninqrad Mətbuat Texnikumunda (bax: “Student-jurnalist”, № 1, iyun, 1929). Buradan da görünür ki, SSRİ universitetləri arasında ilk ali jurnalistika təhsilinin özülü Bakı Dövlət Universitetində qoyulub.
S.N.Sredinski universitetin 10 illiyi münasibətilə qələmə aldığı “Darülfünunda jurnalist kafedrası” başlıqlı məqaləsində yazır: “Bu kafedra 1828-ci ildən Şərq fakültəsi yanında təşkil edilmiş və fakültənin hər iki, yəni lisaniyyət və etnoqrafiya şöbələrində dərs keçilməyə başlanılmışdır” (bax: “İnqilab və mədəniyyət”, № 12, 1929).
Beləliklə, dərslərin tədrisi üçüncü və dördüncü kurslarda aparılırdı. Kafedra fəaliyyətə başladığı gündən ixtisasa böyük maraq var idi. Burada qəzet texnikası, publisistika, felyetonçuluq, qəzet tarixi, nəşriyyat işləri kimi dərslər tədris olunurdu. Hətta türklərdən ibarət reportyor, müxbir, müsəhhih (korrektor) hazırlanırdı. Ötən bir il müddətində 37 nəfər tələbə jurnalist kafedrasının leksiyalarını dinləmişdir. Bunların arasında 11 tələbə xanım idi. Yeri, gəlmişkən xatırladaq ki, Azərbaycan Dövlət Universitetinin ilk buraxılış ili 1922-ci ildə baş tutub. Məzunlar arasında iki xanım - Adilə Şahtaxtinskaya və Ceyran Sultanova olub.
Kafedranın yaranması, inkişafı ilə paralel qarşıda duran vəzifələri, çatışmazlıqları Sredinski məqalənin son cümləsi olaraq qeyd edir: “...kafedra yanında xüsusi mətbəə düzəltməyə, türkcə jurnalizm kitabları yaratmağa və bir çox başqa işlərə müvəffəq olmalıdır”.
Əlimizdə olan bilginin yetdiyi qədər fakültə tarixinə nəzər salmağa çalışdıq.
Qeydlərin kökündə əsas məqsəd dayanır: Artıq xeyli müddətdir ki, Jurnalistika fakültəsinin də yerləşdiyi 2 saylı korpus əsaslı təmir olunması. Qısa da olsa qeyd edək ki, fakültə binanın dördüncü və beşinci mərtəbəsində yerləşir. Burada jurnalist kadrların layiqli mütəxəssis kimi hazırlanması üçün hər cür şərait yaradılıb.
Göründüyü kimi, jurnalistika elə bir sahədir ki, daim inkişafa, yeniliyə doğru istiqamət alır.
Fakültə kollektivinin o zamandan bu günümüzə qədər qoruduğu və təməl kimi ortaya qoyduğu mənəvi sağlam iqlimi əvəzlənən fəsillər fonunda dəyişməz olaraq qalır.
Günel Abbas, BDU-nun Jurnalistika fakültəsinin magistrantı
Əsgər İsmayılov, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
Xəbər lenti
Hamısına baxElm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55

