Bu gün London Olimpiyadasının rəsmi açılış mərasimi keçiriləcək
27.07.2012 [22:50]
Bu gün London Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək. Xəbər verildiyi kimi, artıq Londondakı Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi olub. Eyni zamanda, 32 idmançının, rəsmi şəxslərin, məşqçi və həkimlərin daxil olduğu Azərbaycan Olimpiya nümayəndə heyəti onlar üçün ayrılan yerdə məskunlaşıblar. Yuxarıda da qeyd etdiyimiz kimi, XXX Yay Olimpiya Oyunlarının rəsmi açılışı isə bu gün olacaq və Azərbaycan nümayəndə heyəti təqdimat zamanı 14-cü sırada keçəcək. Azərbaycan Olimpiya yığmasının bayraqdarı 2008-ci il Pekin Olimpiyadasının çempionu, cüdoçu Elnur Məmmədli olacaq. Onu da qeyd edək ki, iyulun 28-də Londonda Azərbaycan gecəsi keçiriləcək. Tədbirdə, Azərbaycana həsr edilmiş videoçarxlar nümayiş etdiriləcək, caz, opera ifaçıları, habelə, muğam ustaları çıxış edəcəklər. ümumiyyətlə, builki Olimpiya Oyunlarında Azərbaycan yığması ilk dəfə bu cür geniş heyətdə çıxış edəcək. Belə ki, ölkəmizi idmanın 16 növündə 53 idmançı təmsil edəcək. Onlardan 41-i Olimpiya Oyunlarında ilk dəfə iştirak edəcək.
Məlum olduğu kimi, ölkəmiz London Olimpiyadasına ciddi hazırlaşıb. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin 2010-cu il 22 iyun tarixli “XXX Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” Sərəncamı hazırlıq prosesinin yüksək səviyyədə təşkil edilməsini təmin edib. Beləliklə, ötən zaman ərzində dövlət səviyyəsində görülən tədbirlər, yaradılan şərait nəticəsində idmançılarımız ən yüksək səviyyəli hazırlıq prosesindən, təlim-məşq toplanışlarından, həmçinin, dünyanın güclü komandaları ilə birlikdə hazırlıq prosesindən keçiblər.
Yeri gəlmişkən, ölkəmizdə idmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, yeni idman və Olimpiya komplekslərinin tikilməsi, idmançılarımızın olimpiadalarda, dünya və Avropa çempionatlarında əldə etdiyi yüksək göstəricilərin məntiqi nəticəsidir ki, 2012-ci il ölkəmizdə “İdman ili” elan edilib. Heç şübhəsiz, bu amil də Olimpiya oyunlarına hazırlıq prosesinə olduqca müsbət təsir göstərib. Yəni, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin və idmanın inkişafının nəticəsidir ki, bu gün Azərbaycan dünyanın idman xəritəsində özünəməxsus yer tutmaqla yanaşı, dünya Olimpiya ailəsinin ən fəal və nüfuzlu üzvlərindən biri sayılır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, dünya idman və Olimpiya aləmi Azərbaycanda gedən prosesləri çox böyük maraqla və təqdirlə izləyir: “Bizim beynəlxalq əlaqələrimiz də yüksək səviyyədədir. Bunun nəticəsidir ki, Azərbaycanda artıq beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının keçirilməsi bir ənənəyə çevrilib. Elə ay yoxdur ki, Azərbaycanda hansısa mötəbər beynəlxalq tədbir, yarış keçirilməsin. Bəzi hallarda bir həftə ərzində bir neçə idman növü üzrə yarışlar keçirilir. Bu da onu göstərir ki, artıq Azərbaycandakı mövcud idman infrastrukturu, idmançılara olan diqqət və xalqımızın qonaqpərvərliyi bizim üçün bu imkanları yaradır. Regional Olimpiya kompleksləri ilə bərabər, Bakı şəhərində də böyük Olimpiya infrastrukturu yaradılır. Son illər ərzində bir neçə böyük idman-konsert zalı tikilmişdir. Onların içərisində əlbəttə ki, ən böyüyü, ən möhtəşəmi Bakı Kristal Zaldır. O zalda “Eurovision” mahnı müsabiqəsi keçirilmişdir. Eyni zamanda, istənilən idman yarışı da keçirilə bilər. Tofiq Bəhramov adına Respublika Stadionunda aparılmış yenidənqurma və bərpa işlərindən sonra bu stadion dünya standartlarına cavab verir. Yaxın günlərdə stadionun təmirdən sonra açılışını qeyd edəcəyik. Keçən il Bakıda yeni Olimpiya stadionunun təməl daşı qoyulmuşdur. Hazırda, texniki-iqtisadi əsaslandırma işləri aparılır, mühəndislik layihəsi hazırlanır. ümid edirəm ki, bu il Olimpiya stadionunun tikintisi başlanacaqdır və bu, bölgənin ən böyük və ən müasir Olimpiya stadionu olacaqdır. Yaxın zamanlarda biz Bakıda dünya standartlarına cavab verəcək yeni müasir üzgüçülük kompleksinin tikintisinə başlayacağıq. Buna da böyük ehtiyac vardır. İndi demək olar ki, bütün rayonlarda üzgüçülük hovuzları vardır. Ancaq biz Bakıda bu sahədə geridə qalmışıq. İdmançılarımız sovet dövründən qalan hovuzlardan istifadə edirlər. Əlbəttə ki, bu, dözülməz bir haldır. Ona görə yeni su sarayı və üzgüçülük Olimpiya mərkəzinin tikintisinə böyük ehtiyac vardır. Gimnastika Olimpiya İdman Zalının tikintisi başlanmışdır. Yəni, Bakıda ən mötəbər beynəlxalq idman yarışını keçirmək üçün infrastruktur yaradılır və gələcək illərdə biz bu işləri daha da sürətlə aparacağıq. Bir sözlə, bütün bu amillər Azərbaycanı dünya idman xəritəsində xüsusi yerə qoyur. Bizim yerimiz möhkəmdir. Əminəm ki, biz bundan sonra da Olimpiya hərəkatında fəal iştirak edəcəyik”.
Təbii ki, Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar böyük zəhmət bahasına başa gəlib. İllər ərzində həyata keçirilən dövlət proqramları, bu sahədə maddi-texniki bazanın yenidən qurulması, bölgələrimizdə köhnəlmiş idman bazalarının yerində müasir görünüşə malik və beynəlxalq standartlara cavab verən Olimpiya İdman Komplekslərinin inşa edilməsi, idmançıların nüfuzlu yarışlarda iştirakının, hazırlıq prosesinin təmin edilməsi nəticəsində bu gün Azərbaycan dünyanın inkişaf etmiş idman ölkəsi sayılır. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən bu siyasət idmanı ölkəmizdə sevilən sahəyə çevirib və bu gün yeniyetmələrimiz, gənclərimiz sevə-sevə idmana axın edirlər. Deməli, gələcək üçün fiziki və mənəvi cəhətdən sağlam nəslin yetişdirilməsinin möhkəm təməli yaradılıb. Bu işləri həyata keçirmək asan məsələ deyil və bunun üçün səbr, iradə, güc, xalqa sevgi lazımdır. Dövlət başçısı gənclərin idmana olan marağını yüksək qiymətləndirib: “Gənclərin idmana olan marağı xüsusilə böyük əhəmiyyətə malikdir. Bu maraq, eyni zamanda, beynəlxalq yarışların nəticələrində də özünü göstərir. Gənclər arasında keçirilən birinci ümumdünya Olimpiya oyunlarında Azərbaycan idmançıları böyük uğurlar qazanmışlar və komanda hesabında 10-cu yeri tutmuşlar. Bu, onu göstərir ki, idman Azərbaycanda ardıcıl şəkildə inkişaf edir, gənclər idmana böyük maraq göstərir. Beləliklə bu, bizə imkan verəcəkdir ki, bundan sonra bütün dövrlərdə gənc, istedadlı idman nəsli yetişdikcə uğurlarımız da davamlı olsun. Kütləviliyə gəldikdə, bir daha demək istəyirəm ki, əlbəttə, idman, hər bir insan üçün gündəlik həyat tərzi olmalıdır. Mən idmanla məşğul olmağı hər bir vətəndaşa tövsiyə edirəm. İdmanın çox böyük xeyri vardır. İdman insanı fiziki cəhətdən möhkəm edir. İdmançılar, xüsusilə, Azərbaycan idmançıları böyük mənəvi dəyərlərə malikdirlər. Təsadüfi deyildir ki, Azərbaycan cəmiyyətində idmançılara çox böyük hörmət vardır. Bu hörməti idmançılarımız həm öz qələbələri, həm də cəmiyyətdə olan fəaliyyətləri ilə qazanmışlar. Azərbaycan nisbətən gənc müstəqil dövlətdir. Bizim müstəqilliyimizin cəmi 20 yaşı vardır. Ancaq bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazana bilmişik. Bu gün dünyada Azərbaycan idman dövləti kimi tanınır. Biz beynəlxalq idman ailəsində layiqli yeri tuta bilmişik. Bu gün Azərbaycan idmançıları hər bir rəqib üçün çox ciddi sınaqdır və idman ölkəsi adını qazanmaq asan məsələ deyildir. Biz bu adı öz əməyimizlə, idmançılarımızın zəhməti, məşqçilərin əməyi ilə qazanmışıq”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37

