Azərbaycan - Türkiyə: Qardaşlıq, dostluq və müttəfiqlik münasibətləri
12.06.2024 [10:00]
Münasibətləri Şuşa Bəyannaməsi ilə rəsmən müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə əlaqələrinin dərinləşməsində liderlərin sıx təmasları və apardıqları aktual müzakirələr mühüm rol oynayır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mütəmadi qaydada Türkiyəyə və Azərbaycana qarşılıqlı səfərlər edirlər və yaranan çağırışları nəzərə almaqla əməkdaşlıq gündəliyinin konturlarını müəyyənləşdirirlər. Elə bu günlərdə Azərbaycanın dövlət başçısı Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankarada işgüzar səfərdə olub.
Dövlətlərin və cəmiyyətlərin güclü yaxınlaşmaq istəyi
Bəhs olunan səfər çərçivəsində Ankarada Azərbaycan Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub. Görüşdə dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğuladılar.
Həqiqətən də Azərbaycan-Türkiyə münasibətləri dostluğun, qardaşlığın zirvə nöqtəsi sayılır. Dünya dövlətləri arasında elə bir nümunə yoxdur ki, bu iki ölkə qədər bir-birinə yaxın olsun. Azərbaycan və Türkiyənin qardaşlığı tarixdən gələn ənənələrlə, eyni milli-mənəvi dəyərlərlə, dövlətlərin və liderlərin qətiyyətli siyasi iradələri və cəmiyyətlərin istəyi ilə şərtlənir.
Azərbaycan və Türkiyənin tarixdən gələn dostluğu hazırda yeni bağlarla daha da zənginləşir. Hər iki ölkənin tarixi şəxsiyyətləri Türkiyə və Azərbaycan arasındakı münasibətlərlə bağlı artıq aforizmə çevrilən ifadələr işlədiblər. Azərbaycan xalqının böyük oğlu Heydər Əiyev iki ölkə arasındakı münasibətləri “Bir millət, iki dövlət” fəlsəfəsi ilə ifadə edib. Böyük Atatürk deyirdi: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.
Eyni zamanda, Azərbaycanın və Türkiyənin hazırkı liderləri də sarsılmaz dostluğumuza aid dərin məna yükü olan ifadələr işlədiblər. Prezident İlham Əliyev Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fikirlərini davam etdirərək iki qardaş ölkə arasındakı münasibətləri “Bir yumruq” kimi səciyyələndirib. Prezident Rəcəb Tayyib Ərdoğan isə ölkəmizə xitabən bir qayda olaraq “Can Azərbaycan” ifadəsini işlədir.
Azərbaycan və Türkiyə xoş günlərin, zəfərlərin sevincini həmişə birlikdə bölüşürlər. İki ölkənin və xalqın dostluğu, qardaşlığı həmçinin çətin günlərin sınağından keçərək möhkəmlənib. Qardaş ölkə artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verirdi. Böyük Zəfərimizlə başa çatan 44 günlük müharibədə də qardaş ölkə Azərbaycanın yanında oldu.
Öz növbəsində Azərbaycan da ən çətin vaxtlarında Türkiyəni tək buraxmır. Ötən ilin fevralında qardaş ölkə dəhşətli zəlzələ ilə silkələndi. Azərbaycan bu çətin günlərdə Türkiyəyə ilk yardım əli uzadan ölkə olub. Respublikamız Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyini hazırda da davam etdirir.
Müxtəlif istiqamətləri əhatə edən iqtisadi əməkdaşlıq
Azərbaycanla Türkiyə arasında getdikcə genişlənən iqtisadi əlaqələr çoxvektorlu olması ilə səciyyələnir. Təsadüfi deyildir ki, bəhs olunan görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan və Türkiyə yaxın perspektivdə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 milyard dollar səviyyəsinə çatdırmaqla bağlı hədəf müəyyənləşdiriblər. Artım dinamikası təsdiqləyir ki, bu hədəf tam realdır. 2023-cü il ərzində Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilə nisbətdə 31 faiz və ya 1,8 milyard ABŞ dolları artaraq 7,65 milyard dolları üstələyib. Ötən il Azərbaycandan Türkiyəyə 5,3 milyard dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin göstəricisindən 51,2 faiz və ya 1,81 milyard dollar çoxdur. Türkiyədən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 2,29 milyard dollar təşkil edib.
İnvestisiya qoyuluşundakı yüksək dinamika da məmnunluq doğurur. İndiyə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına təxminən 20 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 15 milyard ABŞ dolları investisiya qoyub. Hazırda Türkiyədə 2 000-ə yaxın Azərbaycan, Azərbaycanda isə 4 100-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
İki qardaş ölkə enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlığın nadir nümunələrini yaradıblar. İndiyədək Azərbaycanın və Türkiyənin tərəfdaş dövlətlərlə birgə reallaşdırdıqları nəqliyyat və enerji layihələri böyük regional və qlobal əhəmiyyətə malikdir. Görüşdə Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi xüsusilə qeyd edilib, Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi vurğulanıb.
TDT-də uzlaşdırılmış fəaliyyətlər
Dünyada Türk birliyi böyük coğrafiya, zəngin resurslar, müxtəlif istiqamətlərə uzanan nəqliyyat yolları, artan gənc əhali anlamında qəbul olunur. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısında etdiyi çıxışlarında Türk birliyini vahid ailə kimi səciyyələndirib və bildirib ki, bizim başqa ailəmiz yoxdur. Tarixi bağlılıq, milli-mənəvi dəyərlərin eyni kökdən gəlməsi, humanitar sahə, siyasi maraqların uzlaşması, coğrafi bağlılıq, din, etiqad vəhdəti Türkdilli ölkələrin birliyini mümkün və zəruri edir.
Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatının (TDT) möhkəmlənməsinə və funksionallığının artmasına davamlı töhfələr verirlər. İki qardaş ölkənin Şuşa Bəyannaməsi ilə möhkəmlənən müttəfiqliyi digər Türkdilli ölkələr üçün yaxşı nümunədir. Həm Azərbaycan, həm də Türkiyə TDT-nin müxtəlif tədbirlərinə məmnuniyyətlə ev sahibliyi edirlər. Əlamətdar haldır ki, Azərbaycan Prezidentinin irəli sürdüyü Türk İnvestisiya Fondunun yaradılması ideyası məhz qardaş ölkədə reallaşdı. Həm Prezident İlham Əliyev, həm də Prezident Rəcəb Tayyib Ərdoğan Türk birliyinin möhkəmlənməsinə güclü siyasi iradə göstərirlər. Təsadüfi deyildir ki, görüşdə Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olunub. Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirib və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

