/ / YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla MDB PA-nın uzunmüddətli müşahidə missiyasının üzvləri arasında görüş keçirilib
YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla MDB PA-nın uzunmüddətli müşahidə missiyasının üzvləri arasında görüş keçirilib
24.07.2024 [15:53]
İyulun 24-də Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla MDB PA Şurası Katibliyinin rəhbərinin müavini, MDB PA yanında Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) direktoru İvan Muşket və 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MDB PA-nın uzunmüddətli müşahidə missiyasının digər üzvləri arasında onlayn formatda görüş keçirilib.
Görüş təklifinin qəbul edilməsinə görə təşəkkürünü bildirən İvan Muşket MDB PA-nın uzunmüddətli müşahidə missiyasının tərkibi və fəaliyyəti haqqında məlumat verib, missiyanın öz işini dövlətlərin suverenliyinə hörmət və daxili işlərinə qarışmama, obyektivlik və qərəzsizlik prinsipləri, həmçinin MDB-yə üzv dövlətlərdə demokratik seçkilərin standartları, seçki hüquq və azadlıqları haqqında Konvensiya əsasında qurduğunu bildirib.
O, müşahidə missiyasına rəhbərliyin Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskinə həvalə olunduğunu və fəaliyyətlərinin seçkilərin keçirildiyi ölkənin müvafiq dövlət qurumları, siyasi partiyaları, namizədlərin seçki qərargahları və media qurumları ilə əlaqəli şəkildə həyata keçiriləcəyini vurğulayıb. Seçki prosesinin iştirakçıları ilə ilk görüşün Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə keçirildiyini söyləyən İ.Muşket diqqətə çatdırıb ki, görüşün məqsədi Azərbaycanda seçkiqabağı vəziyyət və YAP-ın seçkilərə hazırlığı barədə məlumat əldə etməkdir.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın demokratik seçki təcrübəsinə malik olduğunu, qarşıdan gələn parlament seçkilərinin də ədalətli, şəffaf və demokratik keçirilməsi üçün zəruri şəraitin təmin edildiyini bildirib.
Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıqla bağlı fəaliyyətini ölkənin seçki qanunvericiliyi və partiyanın İdarə Heyətinin 2024-cü il 3 iyul tarixli iclasında qəbul etdiyi Tədbirlər Planı əsasında ardıcıl və sistemli şəkildə həyata keçirdiyini bildirib.
YAP Sədrinin müavini Tədbirlər Planı əsasında görülmüş və nəzərdə tutulan işlər barədə də məlumat verib. O qeyd edib ki, YAP-ın ölkənin bütün seçki dairələri üzrə irəli sürdüyü deputatlığa namizədləri sırasında Milli Məclisin üzvü kimi aktiv fəaliyyəti ilə seçicilərin etimadını doğrultmuş təcrübəli millət vəkilləri ilə yanaşı, yeni simalar, o cümlədən yüksək potensiala malik gənclər də vardır.
Daha sonra YAP Sədrinin müavini müşahidə missiyası üzvlərinin ölkədəki seçki mühiti, partiyanın seçkilərə hazırlıq tədbirləri və bir sıra digər məsələlər barədə suallarını cavablandırıb, missiyanın fəaliyyətinə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34

