“Qusar-1” kiçik su elektrik stansiyası istismara verilib
21.12.2012 [03:22]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Qusar rayonuna səfərə gəlib. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva Şahdağ qış-yay turizm kompleksinə daxil olan infrastruktur obyektlərinin açılışında iştirak ediblər.
Əvvəlcə “Qusar-1” kiçik su elektrik stansiyasının açılışı olub.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısı İlham Əliyevə məlumat verib ki, Urva kəndi yaxınlığındakı Cağar derivasiya tipli kanal üzərində inşa olunan xüsusi hovuzdan götürülən su borular vasitəsilə stansiyaya ötürülür. Müasir avadanlıqla təchiz olunan stansiya tam kompyuterləşdirilib və texnoloji proses avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Bu məqsədlə binada ayrıca idarəetmə mərkəzi yaradılıb. Mərkəz həm elektrik enerjisinin alınması prosesini həyata keçirir, həm də baş verə biləcək nasazlıqları əvvəlcədən qeydə alaraq müvafiq tədbirlərin görülməsi üçün xəbərdarlıq edir.
Dövlətimizin başçısı idarəetmə mərkəzindən stansiyanı işə salıb.
Qeyd olunub ki, təməli Prezident İlham Əliyevin 2010-cu ilin avqustunda Qusara səfəri zamanı qoyulan su elektrik stansiyasında ümumi gücü bir meqavat olan üç hidroturbin və hidrogenerator quraşdırılıb. Ərazidə 10 kilovoltluq yarımstansiya və elektrik verilişi xətləri qurulub. Stansiya ildə 5 milyon kilovat/saat elektrik enerjisi istehsal etmək imkanına malikdir.
Bildirilib ki, Azərbaycan Prezidentinin 2009-cu ilin noyabrında imzaladığı Sərəncamla kiçik su elektrik stansiyalarının ölkəmizdə geniş tətbiq olunması məqsədilə “Azərenerji” ASC-yə xüsusi proqramların hazırlanması tapşırılıb. Mütəxəssislərin apardığı araşdırmalar təsdiqləyib ki, müxtəlif bölgələrdə dağ çayları və suvarma kanalları üzərində yüzlərlə kiçik su elektrik stansiyasının tikintisini həyata keçirmək mümkündür. Bu tipli su elektrik stansiyaları bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə, digər tərəfdən isə ətraf mühitin sağlamlaşdırılmasına imkan verir. Həmin enerji qurğularından biri də Şahdağ qış-yay turizm kompleksini elektrik enerjisi ilə təmin edəcək “Qusar-1” kiçik su elektrik stansiyasıdır.
“Azenko” şirkəti tərəfindən tikilən su elektrik stansiyasının ərazisində geniş abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb.
Xəbər lenti
Hamısına baxDünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10

