/ / Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövləti Baş nazirinin müavini, xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövləti Baş nazirinin müavini, xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
15.02.2013 [02:48]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Küveyt Dövləti Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabahın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Küveyt arasında ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Küveyt Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabahın Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə daha da gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycan ilə Küveyt arasında mövcud tərəfdaşlıq əlaqələrinin gələcək illərdə də uğurla inkişaf edəcəyini əminliklə qeyd edib.
Baş nazirin müavini, xarici işlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabah Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın salamlarını və məktubunu dövlətimizin başçısına çatdırıb. Qonaq ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində Azərbaycan-Küveyt hökumətlərarası birgə komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd edib. O, Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən qonaq münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib. Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabah ölkələrimizin özəl strukturları arasında da əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın salamlarına və məktubuna görə minnətdarlığını bildirib, Onun da salamlarını Küveyt Dövlətinin Əmirinə çatdırmağı xahiş edib. Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahla görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev əlaqələrimizin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayıb.
Görüşdə parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi bildirilib, birgə infrastruktur layihələrinin əhəmiyyəti qeyd olunub, ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək vermələrinin önəmi vurğulanıb və bu əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44

