“Ey qadın! Ey kəmali-ülviyyət!”...
08.03.2025 [11:32]
“Ey qadın! Mənbəyi-nəzakətsən,
Sən təcəssüm edən lətafətsən!”
( Məhəmməd Hadi)
Qadın deyəndə göz önünə fədakarlıq, zəriflik, incəlik gəlir. Qadınlar həyatımızın mənası, gözəlliyidir. Ana məfhumu doğma vətənin, Vətən torpağının təcəssümüdür. Qadın adı, ana adı vətənimizdə hər zaman uca tutulmuşdur.
Tarix boyu qadınların həyat tərzində onlara məhdudiyyət qoyan bir anlayış mövcud olmuşdur. Müxtəlif mədəniyyətlərə mənsub olan qadınların ortaq xüsusiyyəti kişilərin daha üstün tutulduğu bir cəmiyyətdə yaşamaları idi. Bu isə onların həm təhsillərində, həm də haqlarını tələb etmələrində problemlər yaradırdı.
Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə Bakı şəhərində müsəlman Şərqində ilk qızlar məktəbi açmışdır. Bununla o kişi və qadın bərabərliyində mühüm addım atmışdır. Özünün təhsilsiz olmağına, həm də o dövrün yerli ruhanilərinin bu işə maneçilik törətməsinə baxmayaraq, Hacı Zeynalabdin Tağıyev qızların təhsil almalarının vacib olduğunu vurğulamışdır. Bu böyük xeyriyyəçi insan həmçinin gəncləri öz hesabına oxutdururdu. Zeynalabdin Tağıyevin dediyi kimi, “Bir kişinin təhsil alması, yalnız savadlı bir insanın olması deməkdir. Amma bir qadının təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ana deməkdir”. Bəli, həqiqətən də bir qadının təhsil alması onun cəmiyyət üçün savadlı övlad yetişdirməsi deməkdir.
Azərbaycan qadını tarixin bütün mərhələlərində milli-mənəvi dəyərlərimizin əsas daşıyıcısı olmuşdur. Güclü, öz ayaqları üstündə dura bilən, elmli, intellektual qadın - ağıllı övlad, sağlam ailə birliyi, qüdrətli dövlət, uğurlu gələcək deməkdir. Bir qadının təhsil alması, gələcəkdə savadlı, dünyagörüşlü bir ana deməkdir.
Azərbaycanda qadına - anaya daim böyük hörmət bəslənib. Müdrik hökmdarlarımız, cəsur sərkərdələrimiz, istedadlı şairələrimiz və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Elmdə, təhsildə, mədəniyyətdə, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu hər zaman təsdiq etmişdir.
Azərbaycanda da “8 Mart - Beynəlxalq Qadınlar Günü” geniş qeyd edilir. Azərbaycan qadını parlaq zəkası, müdrikliyi, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman seçilmiş, xalqımızın adını daima uca tutmuşdur.
Ulu öndərimiz Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlərdən belə nəticəyə gəlmək olar ki, respublikada qadınların təhsil, sahibkarlıq fəaliyyəti, əvvəlki illərə nisbətən getdikcə yüksəlişə doğru inkişaf edir. Vaxt ötdükcə, bütün dünyada olduğu kimi, Azərbaycanda da qadının rolu daha da artır, o, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir.
Ümummilli Lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...”
Bu gün Ümummilli Lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmandan irəli gələn məsələlərin həllini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.
Qadınlarımız ölkənin bütün ali orqanlarında böyük əzmlə, məsuliyyətlə, fədakarlıqla çalışırlar.
Bu gün Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, YUNESKO-nun və İSESKO-nın xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva həm ölkəmizdə, həm də vətənimizdən uzaqlarda öz bacarığı, əvəzsiz xidmətləri ilə Azərbaycan xanımlarını ən gözəl şəkildə təmsil edir. Mən deyərdim ki, Mehriban xanım Əliyeva Azərbaycan qadınının, Azərbaycan xanımının simvoluna çevrilib. Onun xeyriyyəçiliyi, humanizmi, bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə də dünya qadınları üçün əsl nümunədir.
Qadın! Anadır, bacıdır, övladdır, yardır, yoldaşdır - həyatdır qadın! Çiçəkdən zərif, incə, poladdan möhkəm, uca dağ vüqarlı Azərbaycan qadını! Ürəyində dağlar boyda dərdi olsa da, dağlar kimi qürurlu şəhid anasıdır Azərbaycan qadını... Şəhiddir, qazidir, Milli qəhrəmandır Azərbaycan qadını! Dili laylalı, bayatılı, qəlbi bulaq kimi sözlü-nəğməli - şairdir Azərbaycan qadını! Şəninə şeirlər yazılan, özü də ən gözəl şeirdir Azərbaycan qadını! Böyük şairimiz Məhəmməd Hadi gözəl söyləmişdir:
“Ey qadın! Ey cəmali-hürriyyət!
Ey qadın! Ey kəmali-ülviyyət!
Səni tərif məncə qabilmi?
Bu qələm hüsnünə müqabilmi?”
Nuranə Çələbi,
AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu, “Ərəbdilli Əlyazmaların tədqiqi” şöbəsi
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50

