Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Belçikanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Belçikanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

03.07.2013 [01:49]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Belçikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luk Truyensini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Son illər Azərbaycan ilə Belçika arasında yaxşı əməkdaşlıq əlaqələrinin yaradıldığını vurğulayan dövlətimizin başçısı bu istiqamətdə səfirin fəaliyyətini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə Belçika arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, biznes və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, bu əlaqələrin gələcək illərdə də davam etdiriləcəyinə əminlik ifadə olunub. Söhbət zamanı ikitərəfli əlaqələrin inkişafı, Azərbaycan Avropa əməkdaşlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 1082 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31