/ / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
08.08.2013 [10:12]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir və ən səmimi arzularımı çatdırıram.
Ramazan ayı müqəddəs kitabımız Qurani-Kərimin nazil olması ilə əlamətdardır. İnsanlar arasında birlik, bərabərlik və xeyirxahlığı, dini dəyərlərə bağlılığı təcəssüm etdirən bu mübarək ayda müsəlmanlar Allah qarşısında vicdani borcunu daha dolğun ödəmək fürsəti qazanır, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
Tarixən islam dünyasının mədəni mərkəzlərindən biri kimi tanınmış Azərbaycanda dini və milli-mənəvi dəyərlərə hörmət həmişə qorunub saxlanmışdır. Respublikamızda vicdan və dini etiqad azadlığı, dövlət-din münasibətləri ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq təmin edilmiş, müstəqillik illərində milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, islam mədəniyyətinin nadir incilərindən olan tarixi-dini abidələrimizin əsaslı şəkildə yenidən qurulması sahəsində işlər davamlı xarakter almışdır. Bu il Cənubi Qafqazın ilk müsəlman məbədi - Şamaxı Cümə məscidi bərpa edilərək dindarların istifadəsinə verilmişdir.
İnsanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran mübarək Ramazan ayı artıq başa çatır. Orucluğun sınaqlarından alnıaçıq çıxan vətəndaşlarımız bayram sevincini səmimiyyətlə bölüşür, xalqımızın və dövlətimizin əmin-amanlığı və tərəqqisi üçün diləklər edilir, şəhidlərimizin xatirəsi minnətdarlıqla yad olunur.
Əziz bacı və qardaşlarım!
Cəmiyyətimizdə humanizmin, qardaşlıq və həmrəylik duyğularının təntənəsinə çevrilən Ramazan ayını hər il olduğu kimi, bu il də böyük qürur və məmnunluq hissi ilə yola salırıq. Bu əziz bayram günlərində bir daha bütün xeyirxah dua və diləklərinizlə həmrəy olduğumu bildirir, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Allah orucunuzu qəbul etsin!”.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

