Azərbaycan yeni qlobal iqtisadi nizamda...
20.05.2025 [07:38]
Çinlə strateji əməkdaşlıq, Aİ ilə sabit münasibətlər...
XXI əsrin ikinci onilliyindən başlayaraq dünya yeni münasibətlər sisteminin qurulmasına şahidlik edir. Bekə ki, müasir dünyanın iqtisadi mənzərəsi qlobal güclər arasında geoiqtisadi rəqabətin artması, ticarət marşrutlarının yenidən formalaşması və enerji təhlükəsizliyi kimi strateji məsələlərin ön plana çıxması ilə səciyyələnir. Yeni proseslərdə maraqlı nüanslar ortaya çıxmaqdadır - xüsusilə, bir neçə ölkə qlobal iqtisadi mühitin yaranmasında ön plana çıxır. Bu mənada, Azərbaycan da son illərdə daha çox diqqət mərkəzinə düşür - ölkəmizin proseslərdəki rolu getdikcə artır. İkitərəfli və çoxtərəfli əməkdaşlıq platformalarında fəal iştirakı, zəngin enerji resursları və əlverişli coğrafi mövqeyi ölkəmizi yeni iqtisadi nizamda mühüm oyunçulardan birinə çevirir. Paralel olaraq bütün tərəflərlə münasibətlərin inkişafında maraqlı olmağımız bizi daha real şəkildə etibarlı tərəfdaşa çevirir - o baxımdan ki, Bakı Çinlə hərtərfli strateji tərəfdaşlıq əlaqələri qurur, inkişaf etdirir, Mərkəzi Asiya, Yaxın Şərq ölkələri ilə işgüzar planlarını önə daşıyır, Aİ ilə münasibətlərini normal məcrada, qarşılıqlı maraqlara cavab verən formada yeni dövrün çağırışları əsasında yaradır. Bu fakt birmənalı olaraq ölkəmizi qütblərarası iqtisadi əlaqələrin mərkəz nöqtəsinə, ünvanına çevirir.
Şərq-Qərb inteqrasiyasının fəal iştirakçısı...
Vurğulandığı kimi, Azərbaycan və Çin arasında strateji əməkdaşlıq son illərdə əhəmiyyətli dərəcədə dərinləşib. Xüsusilə, Çinin irəli sürdüyü və artıq qlobal layihəyə çevrilmiş “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycan mühüm logistik mərkəz kimi çıxış edir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi təşəbbüslər Azərbaycanın Avrasiya məkanında tranzit ölkə kimi mövqeyini möhkəmləndirir. Azərbaycan, bu layihədə etibarlı tərəfdaş olaraq, Çin məhsullarının Mərkəzi Asiyadan Qafqaz və daha sonra Avropaya daşınmasında kritik həlqəyə çevrilib. Çin şirkətləri ilə texnologiya, nəqliyyat, enerji və infrastruktur sahələrində əməkdaşlıq genişlənməkdədir.
Azərbaycan və Çin özünəməxsus, olduqca vacib, ən əsası isə strateji tərəfdaşlığa söykənən bir konsepsiya nümayiş etdirir. Bu anlamda Orta Dəhliz layihəsi göz oxşayır - Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanan yol Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut sayılır. Orta Dəhlizin ticari əhəmiyyəti son illərdə daha da yüksəlib. Bu, həm də marşrut üçün yeni fürsətlər yaradıb. Ayrı-ayrı ölkələr, xüsusilə Avropa İttifaqı məkanı təmsilçiləri siyasi sabitlik, təhlükəsizlik, marşrutun qısalığı kimi mühüm amilləri nəzərə alaraq yüklərin məhz bu marşrutla daşınmasına üstünlük verirlər. Marşrutun effektivliyində isə bir sıra amillər çıxış edir. Belə ki, Azərbaycanın Mərkəzi Asiya - Avropa xətti üzrə iqtisadi inteqrasiyada oynadığı rolun daha da şaxələndirilməsi, eyni zamanda, çoxtərəfli mahiyyət daşıması bu məsələdə əsas rollardan birini oynayır. Eyni zamanda, Azərbaycanın timsalında Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın vahid geosiyasi anlam qazanması layihənin əsas uğurlarından biridir. Xüsusilə, bölgədə sülhün və sabitliyin təmin edilməsi və Zəngəzur dəhlizinin açılması Orta Dəhliz seqmentinin öz vacibliyini və əhəmiyyətini daha da artırma perspetkivini formalaşdırır.
Aİ isə bu amili gözdən qaçırmır. Köhnə qitə anlayır ki, Azərabycanla yüksək səviyyədə qurulan münasibətlər gələcək iqtisadi planlaşdırmada ön sıralarda təmsil olunmaq şansı yaradır. Beləliklə, Bakının iqtisadi mərkəz statusu Avropa kontingenti tərəfidən tam qəbul edilir.
Aİ üçün Şərqə etibarlı qapı...
Bəzi fərqlərlə eyni paradiqmaları Aİ ilə münasibətlər üçün də spesifik saymaq olar - Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri sayılır. Təbii qaz və neft tədarükü baxımından Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinin təminatında mühüm rola malikdir. Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan qazının Avropaya çıxışı enerji marşrutlarının diversifikasiyasına xidmət edir və Avropa bazarında Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Paralel olaraq yaşıl enerji, rəqəmsal transformasiya və iqlim dəyişikliyi ilə bağlı məsələlər üzrə əməkdaşlıq mövcuddur. Azərbaycan-Aİ münasibətləri qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanır, bu da ölkənin balanslı xarici siyasət kursunun bir nümunəsidir. İqtisadi münasibətlərin üzərindən yaranan əlaqələr isə daha fərqli və fundamental tezislərə əsaslanır. Artıq Azərbaycan həm də Aİ üçün mühüm yol təqdim edir - bu yol yeni dövrdə Aİ-nin müəyyən mənada zəifləyən iqtisadi dayaqlarının möhkəmlənməsi üçün olduqca vacib şərt kimi çıxış edir.
Regional lider, qlobal aktor...
Bəli, qlobal təchizat zəncirlərinin yenidən qurulduğu və enerji böhranlarının yaşandığı bir vaxtda Azərbaycan dayanıqlı iqtisadi model və sabitlik nümunəsi kimi çıxış edir. Azərbaycanın:
- Enerji resurslarına malik olması;
- Çoxşaxəli nəqliyyat şəbəkəsinə sahib olması;
- Geosiyasi sabitlik amili;
- Çin və Aİ kimi fərqli inkişaf trayektoriyasına malik qütblər arasında paralel münasibətlər qura bilməsi;
onu yeni iqtisadi düzəndə körpü rolunü üstlənən dövlətə çevirir. Buraya Azərbaycan Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər regional və beynəlxalq qurumlarla fəal iştirakını da əlavə etsək, mənzərə daha aydın şəkildə qarşımızda canlanar - qətiyyəti, etibarlığı, qarşılıqlı hörmətə əsaslanan siyasəti, milli maraqları əsas götürən xətti Bakının çoxqütblü dünyada həm regional, həm də qlobal səviyyədə siyasi imkanlarını artırır, daha çevik və effektiv şəkildə hərəkət etməsini şərtləndirir.
Artan rol...
Beləliklə, Azərbaycanın həm Çinlə strateji tərəfdaşlıq quraraq Şərqə inteqrasiyası, həm də Avropa İttifaqı ilə sabit və etibarlı münasibətləri qoruyaraq Qərbə açılması, ölkəni balanslaşdırılmış və müstəqil xarici iqtisadi siyasət yürüdə bilən nadir dövlətlərdən birinə çevirir. Yeni qlobal iqtisadi düzəndə bu rolun daha da artması üçün Azərbaycan investisiya cəlbediciliyini, nəqliyyat infrastrukturunu və enerji diplomatiyasını gücləndirməyə davam edəcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25

