Sülhə qarşı olanlar
13.09.2025 [11:59]
Kilsə, müxalifət və xarici dairələr...
Azərbaycanla Ermənistan arasında intensivləşən sülh danışıqları, Vaşinqtonda paraflanan sülh sazişi layihəsi və ayrı-ayrı strukturlar tərəfindən baş tutan görüşlərdə əldə olunan razılaşmalar regionun gələcəyi üçün tarixi imkanlar yaradır. 2020-ci il Vətən müharibəsində əldə olunan qələbənin ardından formalaşan yeni geosiyasi reallıqların əsas hədəfi də əbədi sülhü formalaşdıracaq sazişin imzalanmasıdır. Düzdür, artıq yekun mərhələyə qədəm qoyulsa da, prosesə mane olmaq istəyənlər hələ də tapılır - istər Ermənistan daxilindəki müəyyən qüvvələr, istərsə də bəzi xarici qüvvələr prosesin uğurla nəticələnməməsi üçün “bütün səylərini səfərbər ediblər”.
Sülhü pozmaq istəyirlər...
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da hesab edir ki, Ermənistanda və onun hüdudlarından kənarda Azərbaycanla sülhü pozmaq istəyən qüvvələr var. Ermənistan parlamentində hökumət saatında çıxış edərkən Paşinyan deyib: “Bəli, sülh bərqərar olub. Lakin həm Ermənistanın özündə, həm də yaxın və uzaq xaricdə sülhü pozmağa, dayandırmağa çalışan qüvvələr var”. N.Paşinyan bildirib ki, avqustun 8-də Vaşinqtonda sülh bağlanıb. “Bəyannamənin mətni imzalanıb. Bu, bir çoxlarının proqramına daxil deyil. Belə qüvvələr həm Ermənistanda, həm də onun hüdudlarından kənarda var”, - o bildirib.
Revanşistlər və kilsə...
Ermənistandakı bəzi radikal dairələr sülhün qarşısında maneə yaratmağa çalışırlar. Onlar Azərbaycanla münasibətlərin normallaşmasını Ermənistanın “milli maraqlarına zidd” kimi təqdim edirlər. Xüsusilə, müharibədən sonra hərəkətə keçən keçmiş iqtidar komandasının qalıqları ictimaiyyətdə revanşist əhval-ruhiyyəni diri saxlamağa çalışır. Bu qruplar sosial mediada, mitinqlərdə və mediada fəal şəkildə sülh prosesinə qarşı kampaniya aparırlar. Parlamentdə təmsil olunan radikal “Hayastan” bloku və “Şərəfim var” fraksiyası hakimiyyəti “xəyanət”də ittiham edir. Robert Köçəryan və Serj Sarkisyan kimi keçmiş prezidentlər açıq şəkildə bəyan edirlər ki, “Azərbaycanın şərtlərinə uyğun saziş imzalanmamalıdır”. Köçəryan hətta “ermənilər gələcək nəsillərə müqavimət borcludur” ifadəsi ilə cəmiyyəti revanşa səsləyir. Bu tip açıqlamalar sülh prosesinə ciddi zərbə vurur.
Paralel olaraq erməni Apostol Kilsənin fəaliyyəti də “xüsusi qeyd edilməlidir”. Kilsə sülh danışıqlarını dəstəkləmək, ən azı neytral mövqe tutmaq əvəzinə, tez-tez ölkədaxilində siyasi pozuculuqla məşbuldur. Təsadüfi deyil ki, katolikos II Qaregin Ermənistanın siyasi rəhbərliyinin Qarabağın Azərbaycana məxsusluğunu, ölkəmizin ərazi bütiövlüyünü tanıyan siyasi qərarlarını “erməni kimliyinə zidd” adlandırıb. Kilsə rəhbərliyi dini tribunadan istifadə edərək erməni cəmiyyətini barışa deyil, münaqişəni davam etdirməyə yönləndirir.
Amma cəmiyyətin və hakimiyyətin bu qüvvələrə qarşı müqaviməti yüksəkdir - təsadüfi deyil ki, erməni cəmiyyəti bir çox platformalarda sülh prosesinin inkişafında maraqlı olduğunu açıq kontekstdə bəyan edir. Hakimiyyət isə sülh mövqeyinə uyğun iradə ortaya qoyur - hər bir halda, Vaşinqtonda imzalanan sənəd və ATƏT-in Minsk Qrupunun ləğvi ilə abğlı başlanan proses bunu təsdiqləyir.
Rusiya və İranın narahatlıqları...
Baş nazir Nikol Paşinyan hökumət saatında çıxış edərkən xarici amillər barədə də danışıb -Vaşinqtonda imzalanmış bəyannamə ilə bağlı Rusiya və İranın ifadə etdiyi narahatlıqlara münasibət bildirib. “Mən həm telefon danışığında, həm Rusiya prezidenti ilə görüşdə, həm də İran prezidenti ilə danışıqlarda ikitərəfli münasibətlərimizin dərinləşməsi üçün açılan yeni imkanlardan danışdım”, - Paşinyan bildirib. Onun sözlərinə görə, müəyyən narahatlıqlar var: “Narahatlıq varmı? Əlbəttə var. Avqustun 8-dən əvvəl də var idimi? Əlbəttə var idi. Bu narahatlıqlar həmişə olacaq. Bu təbii prosesdir. Siyasət, diplomatiya və beynəlxalq münasibətlər buna əsaslanır - tərəflər öz narahatlıqlarını bölüşür və bu narahatlıqları aradan qaldırmaq və ya minimuma endirmək üçün əməkdaşlıq yollarını axtarırlar”, - hökumət başçısı vurğulayıb.Paşinyan qeyd edib ki, beynəlxalq dialoqun məntiqi belədir.
Əslində, bu fikirləri ilə Paşinyan sülhə qarşı olan bəzi nüansları dilə gətirir. Bəllidir ki, məhz sülh məsələsinə qarşı mövqe sərgiləyən adıçəkilən ölkələrin bir sıra dairələridir - bu isə onların məhz daxili qüvvələrdən istifadə etmələri ehtimalını da oratya qoyur. Hətta bir müddət əvvəl kilsənin ölkə daxilində yaratdığı siyasi çaxnaşhmaların arxasında da xarici qüvvələrin olması bildirilirdi. Nikol Paşinyan bildirib ki, bütün ermənilərin katolikosu II Qareginin getməsi məsələsində heç bir güzəşt olmayacaq. O, çıxışında erməni kilsəsini insanları mənəvi dəyərlərlə tanış etmək əvəzinə, bunun əksini etməkdə ittiham edib.”Heç bir güzəşt olmayacaq, sizə açıq deyirəm. Bundan söhbət gedə bilməz. Ktriç Nersisyan getməlidir. O, nə qədər tez getsə, bir o qədər yaxşıdır. Onu heç nə xilas etməyəcək”, - Paşinyan qeyd edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

