Azərbaycan-ABŞ münasibətlərində mühüm faza: sülh və təhlükəsizlik...
12.12.2025 [09:34]
İlham Əliyev: Davamlı dialoq və əməkdaşlıq vasitəsilə tərəfdaşlığımız ölkələrimizdə və onun hüdudlarından kənarda da sülhün, təhlükəsizliyin və rifahın möhkəmlənməsinə xidmət edəcək
Sülh bəşəriyyətin ən ali dəyəri, dünyanın xilası üçün ən fundamental şərtdir. Qlobal miqyasda təhlükəsizliyə yönəlik təşəbbüslər, münaqişələrin qarşısının alınması və dövlətlərarası əməkdaşlığın gücləndirilməsi hər zaman yüksək qiymətləndirilib. Bu gün dünyada baş verən proseslər, güc mərkəzləri arasında artan gərginlik və regional müharibələrin yaratdığı təhdidlər sülhün nə qədər vacib olduğunu bir daha göstərir. Belə bir şəraitdə Azərbaycan 30 ildən artıqdır ki, regional sabitlik və əməkdaşlıq gündəliyinin fəal iştirakçısı kimi çıxış edir. Ölkəmiz həm regionda sülhün bərqərar olması, həm də qlobal əməkdaşlıq mexanizmlərinin güclənməsi istiqamətində ardıcıl təşəbbüslər irəli sürür, siyasi dialoq və qarşılıqlı etimadın təşviqinə töhfə verir.
Azərbaycanın sülhpərvər siyasəti yalnız regional çərçivə ilə məhdudlaşmır. Rəsmi Bakı beynəlxalq arenada sülh təşəbbüslərinə, qlobal təhlükəsizliyə xidmət edən liderlərin fəaliyyətinə obyektiv yanaşır və bu səyləri dəyərləndirir. Məhz bu kontekstdə ABŞ Prezidenti Donald Trampın cəmisi 1 il ərzində həyata keçirdiyi sülhpərvər addımlar Azərbaycanda yüksək qiymətləndirilib. Trampın müxtəlif regional böhranların azaldılması, qlobal gərginliklərin yumşaldılması və dövlətlərarası dialoqun gücləndirilməsi istiqamətində atdığı addımlar nəzərə alınaraq, Azərbaycan onu Nobel Sülh Mükafatına namizəd olaraq irəli sürüb. Bu addım yalnız Trampın fəaliyyətinə verilən qiymət deyil, eyni zamanda, Azərbaycanın sülhə, təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa verdiyi böyük dəyərin bariz göstəricisidir.
Bakıdan Vaşinqtona: sülhün təşviqi uğrunda əsl xidmətin nümunəsi...
Azərbaycanın bu təşəbbüsü beynəlxalq ictimaiyyətə açıq mesajdır: sülhün təşviqi və münaqişələrin aradan qaldırılması bəşəriyyət üçün ən vacib missiyadır. Dövlətimiz özünəməxsus şəkildə göstərir ki, qlobal səylərə dəstək vermək, sülh yönümlü siyasəti olan liderləri dəyərləndirmək, beynəlxalq dialoqu gücləndirmək XXI əsrin əsas prioritetlərindən biridir. Bu həm Azərbaycanın sülh fəlsəfəsinə sadiqliyinin, həm də gələcək təhlükəsiz dünya düzəni naminə göstərdiyi prinsipial mövqenin təzahürüdür. Bunu beynəlxalq aləm də görür və dəyrələndirir - təsadüfi deyil ki, bir neçə gün öncə, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlamışdı. ABŞ Prezidenti məktubunda Azərbaycan Prezidentinə onun Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək üçün məktubuna görə təşəkkür edib və bildirib ki, “bizi vacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm. Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dünyada münaqişələrə son qoymağa, bütün insanlar üçün sülh və rifahın təmin edilməsinə sadiq qalıram. Sizin davamlı tərəfdaşlığınızla qeyri-mümkün nə varsa, ona nail olacağıq”.
Prezident İlham Əliyev də ABŞ Prezidentinə məktub ünvanlayıb. Dövlət başçısı səmimi məktuba görə təşəkkür edib və bildirib ki, xoş sözləri, sülh və sabitlik naminə səylərə dair fikirləri yüksək qiymətləndirir: “Münaqişələrin həllinə davamlı sadiqliyiniz, dialoqun irəlilədilməsində şəxsi iştirakınız və dünyanın müxtəlif bölgələrində gərginliyin azalmasına verdiyiniz töhfələr qəti inamıma görə, Nobel Sülh Mükafatı da daxil olmaqla, ən yüksək beynəlxalq tanınmaya tam layiqdir. Sizin qətiyyəti və məsuliyyəti rəhbər tutan liderliyiniz qlobal sülhün təşviqi uğrunda əsl xidmətin nümunəsidir. Əminəm ki, davamlı dialoq və əməkdaşlıq vasitəsilə tərəfdaşlığımız ölkələrimizdə və onun hüdudlarından kənarda da sülhün, təhlükəsizliyin və rifahın möhkəmlənməsinə xidmət edəcəkdir. Məktubunuzda ifadə olunan qarşılıqlı hörmət ruhuna və diqqətinizə görə səmimi minnətdarlığımı qəbul etməyinizi xahiş edirəm”.
Azərbaycan ilə ABŞ-ın qlobal təhlükəsizliyə baxışları üst-üstə düşür...
Azərbaycan ilə Donald Trampın sülh yanaşmalarında mühüm uyğunluqlar diqqəti cəlb edir - bu fakt hətta son aylarda müxtəlif beynəlxalq platformalarda açıq şəkildə özünü göstərib. Avqust ayında keçirilən üçtərəfli danışıqlar zamanı, eləcə də Misirdə təşkil olunan Qlobal Sülh Sammitində və Nyu Yorkda baş tutan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində də Trampın fikirləri tam şəkildə ortaya qoyulub. Bu mövqe göstərir ki, Bakı və Vaşinqton arasında sülh və təhlükəsizlik sahəsində formalaşan yeni əməkdaşlıq xətti getdikcə daha sistemli xarakter alır. Bu da təsadüfi deyil. Azərbaycan uzun illərdir regionda sabitliyi təşviq edən, münaqişələrin aradan qaldırılmasına yönəlmiş təşəbbüslər irəli sürən dövlət kimi tanınır. 44 günlük müharibədən sonra formalaşmış yeni reallıq, regionda açılan kommunikasiyalar, təhlükəsizlik formatlarının yenidən qurulması və əməkdaşlıq məkanının genişlənməsi Azərbaycanın sülh siyasətini daha da aktuallaşdırıb. Trampın bu siyasəti müsbət qiymətləndirməsi və Azərbaycanla paralel addımlar atacağını bəyan etməsi ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Qarşılıqlı etimad əməkdaşlığı yeni mərhələyə daşıyır...
Sülh platformasında iki ölkənin mövqeyinin paralel inkişafı ABŞ ilə Azərbaycan arasında yalnız diplomatik sahədə deyil, strateji istiqamətlər üzrə də yeni əməkdaşlıq imkanları yaradır. Xüsusilə enerji təhlükəsizliyi və logistika sahəsində Azərbaycan ABŞ üçün vacib tərəfdaşdır. Cənub Qaz Dəhlizi, Xəzər hövzəsi enerji resursları və Azərbaycan vasitəsilə Şərqdən Qərbə uzanan nəqliyyat layihələri qlobal təhlükəsizlik sisteminin mühüm elementlərindən sayılır. Bu baxımdan Trampın hər zaman qlobal sülhlə bağlı nitqlərində Azərbaycana xüsusi yer ayırması, Bakının sülhpərvər mövqeyini vurğulaması, Prezident İlham Əliyevin fenomenal liderlik bacarığını ön plana çəkməsi tərəflər arasında əməkdaşlığın daha da dərinləşəcəyinə işarədir.
Yeni nizamın mənzərəsi göz önündədir - yeni dövrdə qlobal təhlükəsizlik gündəliyinin dəyişməsi, münaqişələrin daha mürəkkəb xarakter alması və enerji-logistika xəttinin geosiyasi əhəmiyyətinin artması Azərbaycan-ABŞ dialoqunun güclənməsini zəruri edir. Məhz bu səbəbdən, tərəflərin sülh təşəbbüslərində uzlaşması yalnız regional maraqlar üçün deyil, həm də qlobal miqyasda sabitlik üçün əhəmiyyətli haldır. ABŞ-ın Cənubi Qafqazda və Yaxın Şərqdə həyata keçirdiyi sülh təşəbbüslərinin Azərbaycan tərəfindən dəstəklənməsi, eyni zamanda, Azərbaycanın regionda sabitləşdirici missiyasının Vaşinqton tərəfindən tanınması iki ölkənin qarşılıqlı etimadını artırır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

