Qlobal çağırışlar fonunda UNESCO-nun artan rolu
16.04.2026 [11:12]
Səfir Elman Abdullayev tərəfindən ölkəmizin milli bəyanatı yayılıb
UNESCO-nun mənzil-qərargahında təşkilatın İcraiyyə Şurasının 224-cü sessiyası işinə başlayıb. Sessiya çərçivəsində keçirilən plenar debatlar hissəsində Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev tərəfindən ölkəmizin milli bəyanatı səsləndirilib.
Bəyanatda UNESCO-nun fəaliyyətində institusional səmərəliliyin, şəffaflığın və hesabatlılığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb, təşkilatın prioritetləri ilə mövcud resurslar və icra mexanizmləri arasında uyğunluğun təmin edilməsinin əhəmiyyəti qeyd olunub. Eyni zamanda, qlobal çağırışlar fonunda UNESCO-nun təhsil, elm və mədəniyyət sahələrində dialoq və əməkdaşlığın təşviqində oynadığı mühüm rol diqqətə çatdırılıb.
Respublikamızın beynəlxalq təşkilatlarda yüksək fəallığı
Həyata keçirdiyi balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursu ilə regional və qlobal əməkdaşlığa mühüm töhfələr verən, etibarlı tərəfdaş kimi tanınan Azərbaycan beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq modelinə malikdir. O cümlədən BMT, Avropa İttifaqı, NATO, İƏT, QH və digər dünya siyasətində söz sahibi olan bu kimi təşkilatlar Azərbaycanla əməkdaşlığa böyük önəm verirlər. Hazırda respublikamız həm Qlobal Qərbi, həm də Qlobal Şərqi təmsil edən çoxsaylı təşkilatların üzvüdür ki, bu da Azərbaycan diplomatiyasının böyük uğurudur.
Ölkəmiz hər zaman özünün geniş imkanlarını təqdim etməklə üzv olduğu beynəlxalq təşkilatların fəaliyyətinin səmərəliliyinin artmasına sanballı töhfələr verir. Dünya Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvü kimi fəaliyyət göstərərkən, Qoşulmama Hərəkatına sədrlik həyata keçirərkən və digər məqamlarda bunun şahidi olub. Ölkəmiz hər zaman meydana çıxan qlobal çağırışlara beynəlxalq həmrəyliyin gücləndirilməsi təşəbbüsləri ilə cavab verir.
Azərbaycan həmçinin UNESCO ilə əlaqələrinin genişlənməsinə böyük önəm verir. Təşkilatla səmərəli əməkdaşlığın nəticəsidir indiyədək Azərbaycanın ayrı-ayrı görkəmli şəxsiyyətlərinin yubileyləri UNESCO çərçivəsində qeyd edilib. Bu sırada Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin 100 illik yubileylərinin qeyd edilməsini misal çəkə bilərik. O cümlədən Azərbaycan muğamının, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun, İçərişəhərin, Qız qalasının, Şirvanşahlar Sarayı Kompleksinin, Şəki şəhərində Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına, aşıq, xalçaçılıq, tar ifaçılığı və hazırlanması sənətlərinin, Novruz bayramının, dolma, lavaş və kəlağayının, Lahıc misgərlik sənətinin, Çövkən oyununun UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edilməsi respublikamızın təşkilatla səmərəli əməkdaşlığının bəhrəsidir.
Dəyişən dünyada dialoq və əməkdaşlığın təşviqi
Narahat dünyada yaşayırıq. Səngimək bilməyən müharibələr, artan iqlim dəyişmələri, sürətli urbanizasiya problemləri daim qarşıya yeni çağırışlar çıxardır. Belə şəraitdə bəşəriyyətin gələcəyi naminə ölkələrin və beynəlxalq təşkilatların məsuliyyəti də artır. Bu kontekstdə ölkəmizin milli bəyanatında diqqətin bir sıra vacib məqamlara yönəldilməsi təqdirəlayiq haldır. Çıxış zamanı təşkilat daxilində üzv ölkələr ilə katiblik arasında koordinasiyanın gücləndirilməsinin zəruriliyi vurğulanıb, bu istiqamətdə aparılan islahatların əhəmiyyəti qeyd edilib. Həmçinin bildirilib ki, dəyişən qlobal mühit şəraitində qarşılıqlı anlaşma, dialoq və əməkdaşlığın təşviqi mühüm əhəmiyyət kəsb edir və UNESCO-nun mandatı bu sahədə xüsusi rol oynamağa imkan verir.
Bununla yanaşı, plenar debatlar zamanı Daimi Nümayəndəlik tərəfindən ölkəmizin Qrup 77 və Çin Paris bölməsi, eləcə də UNESCO-da fəaliyyət göstərən Türk Dövlətləri Qrupu adından bəyanatlar səsləndirilib.
Qrup 77 və Çin adından səsləndirilmiş bəyanatda çoxtərəfliliyə, beynəlxalq əməkdaşlığa və həmrəyliyə sadiqlik bir daha təsdiqlənib, inkişaf etməkdə olan ölkələrin prioritetlərinin irəli aparılmasında kollektiv fəaliyyətin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədi 4 çərçivəsində inklüziv və keyfiyyətli təhsilin təşviqi, təhsilin ana dilində verilməsinin əhəmiyyəti, eləcə də təhsilin davamlı inkişafın əsas hərəkətverici qüvvəsi kimi rolu qeyd olunub.
Bəyanatda, həmçinin UNESCO-nun qlobal prioritetləri olan Afrika və gender bərabərliyi, eləcə də Kiçik Ada İnkişaf etməkdə olan Dövlətlər (SIDS) və gənclərlə bağlı təşəbbüslərə dəstək ifadə olunub, təşkilatın proqram və büdcə çərçivəsində üzv dövlətlərə daha güclü dəstək göstərilməsinin vacibliyi vurğulanıb. Bununla yanaşı, UNESCO80 Yol Xəritəsinə dəstək ifadə edilib, inkişaf etməkdə olan ölkələrin baxışlarının qərar qəbuletmə proseslərində əks olunmasının əhəmiyyəti qeyd edilib.
İrqçilik, ksenofobiya və nifrət nitqinə qarşı mübarizənin zəruriliyi
Dünyanın gözəlliyi və cəlbediciliyi onun çoxmədəniyyətli olmasındadır. Ayrı-ayrı xalqların tarix boyunca qoruduqları ənənələr, maddi və qeyri-maddi irs nümunələri dünyanı bənzərsiz edir. Ancaq təəssüf doğuran haldır ki, hazırda bu rəngarəngliyə, bizim birgə yaşayışımıza təhdidlər yaranıb və belə zərərli tendensiyanın əhatə dairəsi getdikcə genişlənir. Plenar debatda Türk Dövlətləri Qrupu adından səsləndirilmiş bəyanatda çoxtərəfliliyin gücləndirilməsi, türk dövlətləri arasında ortaq tarixi və mədəni irsin qorunması və təşviqi, o cümlədən UNESCO çərçivəsində birgə təşəbbüslərin irəli sürülməsi vurğulanıb. Eyni zamanda, irqçilik, ayrı-seçkilik, ksenofobiya və nifrət nitqinə qarşı mübarizənin əhəmiyyəti qeyd olunub, iqlim dəyişikliyi, su təhlükəsizliyi və davamlı inkişaf kimi qlobal çağırışlara qarşı elmi əməkdaşlığın gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Bəyanatda, həmçinin rəqəmsal transformasiya və süni intellektin etik istifadəsi məsələləri əksini tapıb, Türk dünyasının dil və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyəti qeyd edilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
İqtisadiyyat
24 Sentyabr 21:40
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19

