Azərbaycan Prezidenti İlham Əliyev Çexiyaya işgüzar səfər edib
25.04.2014 [09:50]
Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının növbəti Sammiti işə başlayıb
AzərTAc xəbər verir ki, aprelin 24-də Çex Respublikasının paytaxtı Praqa şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının növbəti Sammiti işə başlayıb.
Bu Sammit “Şərq tərəfdaşlığı”nın 2009-cu ildə keçirilmiş Praqa Sammitinin beşinci ildönümünə həsr olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.
Sammit Praqa qəsrində dövlət və hökumət başçılarının rəsmi qarşılanma mərasimi ilə başlayıb.
İştirakçı ölkələrin dövlət bayraqlarının dalğalandığı meydanda dövlət və hökumət başçılarının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Çexiya Prezidenti Miloş Zeman Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycan Respublikasının dövlət himni səslənib.
Sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Daha sonra Sammitin birinci iclası keçirilib.
Prezident İlham Əliyev iclasda iştirak edib.
Çex Respublikasının Prezidenti Miloş Zeman Sammiti açaraq iştirakçı ölkələrin dövlət və hökumət başçılarını salamlayıb. O, “Şərq tərəfdaşlığı” Proqramının ötən beş ildə böyük inkişaf yolu keçdiyini deyib, bu istiqamətdə görülən tədbirlərin iştirakçı ölkələri Avropa dəyərlərinə və meyarlarına daha da yaxınlaşdırdığını vurğulayıb.
Çexiya dövlətinin başçısı qarşıda duran vəzifələrdən danışarkən əmin olduğunu bildirib ki, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq əlaqələri bundan sonra da davam etdiriləcək.
Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle “Şərq tərəfdaşlığı” Proqramının beşinci ildönümü münasibətilə təbriklərini çatdırıb. Komissar bu görüşün 2013-cü ildə Vilnüsdə keçirilmiş “Şərq tərəfdaşlığı” Sammiti ilə gələn il Riqada təşkil ediləcək növbəti Zirvə görüşü arasında bir bağlantı olduğunu diqqətə çatdırıb.
Sonra müzakirələr başlayıb.
“Şərq tərəfdaşlığı” Proqramı Avropa İttifaqının yeni layihələrindən biri hesab olunur. Proqram 2008-ci ilin mayında Avropa İttifaqının üzvləri olan Polşa və İsveç tərəfindən irəli sürülüb. Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanı əhatə edən “Şərq tərəfdaşlığı” Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Bu proqram Avropa İttifaqına daha da yaxınlaşmağı, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməyi nəzərdə tutur, demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır.
“Şərq tərəfdaşlığı” Sammiti ilk dəfə 2009-cu ilin mayında Praqada keçirilib. İkinci Sammit 2011-ci ilin sentyabrında Varşavada, üçüncüsü isə ötən ilin noyabrında Vilnüsdə təşkil edilib.
* * *
Aprelin 24-də Çex Respublikasının Prezidenti Miloş Zemanın adından “Şərq tərəfdaşlığı” Proqramının qəbul edilməsinin beş illiyinə həsr olunmuş Sammitdə iştirak etmək üçün Praqada səfərdə olan dövlət və hökumət başçılarının şərəfinə nahar verilib.
Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak edib.
Sonra konsert proqramı olub.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

