Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı və Qəbələ rayonlarına səfər edib
23.09.2014 [09:38]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllı və Qəbələ rayonlarında səfərdə olub.
Dövlətimizin başçısı əvvəlcə İsmayıllı şəhərində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəyi qoyub.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov abidənin yerləşdiyi ərazidə - rayonun mərkəzi meydanında görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
* * *
İsmayıllıya səfəri çərçivəsində Prezident İlham Əliyev rayon Mərkəzi Xəstəxanasında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına xəstəxanada aparılan əsaslı təmir işləri barədə məlumat verib.
Əsaslı təmir və yenidənqurma işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Həkim Gülər Babayeva səhiyyə ocağında yaradılan şəraitə və bütövlükdə İsmayıllının inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə rayon ictimaiyyətinin minnətdarlığını çatdırıb.
Dövlətimizin başçısı bu günlərdə 20 illiyi qeyd edilən “Əsrin müqaviləsi”ndən başlayan inkişaf tempinin ölkənin bütün regionları kimi, İsmayıllının tərəqqisində də həlledici rolundan danışıb. Prezident İlham Əliyev səhiyyə xidmətinin yüksək səviyyədə təşkili üçün gözəl imkanlar yaradıldığını vurğulayıb və bu imkanlardan səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Daha sonra Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
* * *
Prezident İlham Əliyev İsmayıllıya səfəri çərçivəsində rayon icra hakimiyyətinin inzibati binasında aparılan əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Dövlətimizin başçısına rayonda aparılan abadlıq və quruculuq işləri, həmçinin icrası nəzərdə tutulan layihələr barədə məlumat verilib.
* * *
Prezident İlham Əliyev İsmayıllı rayon Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanış olub.
* * *
Dövlətimizin başçısı Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatı üçün yeni inşa olunmuş inzibati binanın açılışında iştirak edib.
* * *
Daha sonra Prezident İlham Əliyev İsmayıllıda ümumi ərazisi 2 hektar olan uşaq istirahət və əyləncə parkında yaradılan şəraitlə tanış olub.
İsmayıllı rayonuna səfərini başa çatdıran Prezident İlham Əliyev Qəbələyə gəlib. Dövlətimizin başçısı Qəbələdə bir sıra iqtisadi və sosial təyinatlı obyektlərin açılışında iştirak edib.
* * *
Əvvəlcə Prezident İlham Əliyev xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev son vaxtlar Qəbələdə görülən işlər barədə məlumat verib.
* * *
Sonra Prezident İlham Əliyev “Qafqaz Yengicə Termal Hotel və SPA” otel kompleksinin açılışında iştirak edib.
Otellə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon ictimaiyyəti adından çıxış edən Ağsaqqallar Şurasının üzvü Qüdrət Səmədov Prezident İlham Əliyevə Qəbələnin inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Qəbələyə səfəri çərçivəsində Prezident İlham Əliyev Gilan-Qida Şəhərciyinə gəlib.
Dövlətimizin başçısına məlumat verilib ki, Gilan-Qida Şəhərciyində 2 yeni emal müəssisəsi inşa olunub.
Sonra Prezident İlham Əliyev “Gilan Holdinq”ə məxsus müəssisələrdə istehsal olunan qida məhsullarının sərgisinə baxıb.
* * *
Prezident İlham Əliyev Daxili Qoşunların Qəbələdəki “N” saylı hərbi hissəsində inşa olunan yeni şəhərciyin açılışında da iştirak edib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı hərbi hissənin qərargahında və əsgər yeməkxanasında yaradılan şəraitlə də tanış olub. Sonda Ali Baş Komandan Daxili Qoşunların silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində istifadə etdikləri silah və texnika növlərinə baxıb.
* * *
Prezident İlham Əliyev Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı- Çarxana avtomobil yolunun əsaslı təmirdən sonra açılışında da iştirak edib.
* * *
Daha sonra dövlətimizin başçısı Qəbələ Arxeoloji Mərkəzinin açılışında iştirak edib. AMEA-nın müxbir üzvü və Qəbələ Arxeoloji Ekspedisiyasının rəhbəri İlyas Babayev Prezident İlham Əliyevə mərkəzdə görülən işlərlə bağlı ətraflı məlumat verib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48

