Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Küveytin gənclər məsələləri üzrə dövlət nazirini qəbul edib

Prezident İlham Əliyev Küveytin gənclər məsələləri üzrə dövlət nazirini qəbul edib

30.10.2014 [09:47]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Küveytin gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabahı qəbul edib.
Nazir Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabah Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın, Küveyt Şahzadəsi və Baş nazirinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.
Qonaq Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci qlobal forumun işə başlaması münasibətilə Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edib. Ölkəmizdə olmağından məmnunluq hissi keçirdiyini deyən Küveytin dövlət naziri dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Küveytə səfərini və Küveyt rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında mövcud olan əlaqələrin ikitərəfli əməkdaşlığın yaxşı nümunəsi olduğunu bildirən dövlətimizin başçısı Azərbaycan ilə Küveytin beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birini dəstəkləməsinin və maraqlarını müdafiə etməsinin önəmini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında gənclər siyasəti sahəsində əlaqələri genişləndirməyin vacib olduğunu bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri, Şahzadəsi və Baş nazirinin salamlarına görə təşəkkürünü bildirib, Onun da salamlarını Küveyt Dövlətinin Əmiri, Şahzadəsi və Baş nazirinə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 794 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31