Prezident İlham Əliyev Bakı Konqres Mərkəzinin açılışında iştirak edib
30.04.2015 [09:50]
Aprelin 29-da Bakı Konqres Mərkəzinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.
Maliyyə naziri Samir Şərifov Mərkəzdə görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
Heydər Əliyev Mərkəzinin yaxınlığında yüksək zövqlə inşa olunan bu Mərkəzin tikintisinə 2014-cü ilin fevralında başlanıb. Mərkəzin ümumi sahəsi 6,2 hektar, tikintialtı sahəsi isə 46,6 min kvadratmetrdir. Ətrafda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Bina bütün zəruri infrastrukturla təmin olunub.
Prezident İlham Əliyev Bakı Konqres Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Binanın foyesində 405 kvadratmetrlik monitor quraşdırılıb. Bu, dünyada qapalı məkanda quraşdırılan ən böyük və ən çox pikselli monitordur. Ümumilikdə isə binada müxtəlif ölçülü 50-dən artıq monitor quraşdırılıb. Mərkəzdə 17 konfrans zalı yaradılıb. Onların ümumi tutumu 2500 nəfərdən çoxdur. Konfrans zallarında yaradılan şərait onların tutumunu tədbirə qatılan qonaqların sayına uyğun olaraq dəyişdirməyə imkan verir. Məsələn, konfrans zallarının tamaşaçı tutumunu təşkilatçının istəyinə uyğun olaraq 50 nəfərdən 250 nəfərədək dəyişmək mümkündür. Bina bütün zəruri kommunikasiya, o cümlədən havalandırma sistemləri ilə təchiz olunub. Burada restoran, inzibati və digər otaqlar da var. Mərkəzdə canlı yayım aparmaq üçün də müasir şərait yaradılıb. Burada qonaqlara eskalatorlar və 16 lift xidmət göstərəcək.
Bakı Konqres Mərkəzinin auditoriya zalı da ən müasir səviyyədə yaradılıb. Zal 3500 yerlikdir. Burada müasir texnologiyanın ən son yeniliklərinin tətbiq olunduğu avadanlıq quraşdırılıb. Zalın akustika sistemi dünyanın aparıcı şirkətlərinin məhsuludur. Buranın işıqlandırılmasında müasir texnologiyadan istifadə edilib.
Ölkəmizdə hökm sürən siyasi-iqtisadi sabitlik, bütün sahələrin davamlı inkişafı və yaradılan şərait artıq Azərbaycanı mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirib. Bu gün ölkəmizdə siyasət, iqtisadiyyat, mədəniyyət, idman, ümumilikdə bütün sahələrə aid region, qitə və dünya əhəmiyyətli mötəbər tədbirlər təşkil olunur. Belə bir Mərkəzin istifadəyə verilməsi ölkəmizin beynəlxalq tədbirləri daha da yüksək səviyyədə keçirməsi üçün geniş imkanlar yaradır.
Bildirilib ki, bu Mərkəzdə ilk beynəlxalq tədbir mayın 2-dən 5-dək Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı olacaq. Bu mötəbər tədbir Cənubi Qafqaz regionunda ilk dəfə məhz Azərbaycanda keçiriləcək. Toplantıda 3 minə yaxın iştirakçının, o cümlədən üzv ölkələrin maliyyə nazirləri və digər hökumət rəsmilərinin, habelə mərkəzi bank rəhbərləri ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də tanınmış alimlərin və ekspertlərin iştirakı nəzərdə tutulur. Belə bir mühüm tədbirin ölkəmizdə baş tutması Azərbaycanın bu sahədəki təcrübəsi, Bakıda yaradılmış yüksək standartlara uyğun infrastruktur, tranzit və logistika sahəsində ölkəmizin əlverişli imkanları ilə yanaşı, Bakı Konqres Mərkəzi kimi memarlıq nümunələrinin inşa olunması ilə də sıx bağlıdır.
Bu möhtəşəm bina inşa olunduğu əraziyə də gözəllik verir, Heydər Əliyev Mərkəzinin yerləşdiyi məkanın füsunkarlığını daha da artırır. Orijinal üslubda tikilən Mərkəz ümumilikdə, paytaxtda aparılan abadlıq-quruculuq işlərinin davamlı olduğunu bir daha təsdiqləyir.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

