/ / Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16.05.2015 [11:49]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Bin Fauzan Ər-Rəbiənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli əlaqələrin yaxın dostluq münasibətlərinə əsaslandığını və əməkdaşlığımızın yüksək səviyyədə olduğunu vurğulayıb. Səudiyyə Ərəbistanı Krallığına səfərindən və orada keçirdiyi səmərəli görüşlərdən razılığını ifadə edən Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin önəmini vurğulayıb. Dövlətimizin başçısı ölkələrimiz arasında investisiya qoyuluşu, birgə layihələrdə iştirak, kənd təsərrüfatı, neft-kimya, turizm, inşaat, sənaye və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Bin Fauzan Ər-Rəbiənin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin səmərəli olacağına əminliyini bildirib.
Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Bin Fauzan Ər-Rəbiə Bakıda gedən sürətli inkişaf proseslərinin, şəhərin abadlaşdırılmasının, ən müasir infrastrukturun yaradılması və digər sahələrdə görülən işlərin onlarda dərin təəssürat yaratdığını deyib. Nazir ölkələrimiz arasında güclü ikitərəfli münasibətlərin mövcud olduğunu vurğulayıb. Səudiyyə Ərəbistanı Kralının şəxsi göstərişi ilə müxtəlif sahələri təmsil edən böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini deyən nazir ölkələrimiz arasında güclü münasibətlərin və qarşılıqlı hörmətin olmasına baxmayaraq, ticarət əlaqələrinin qənaətbəxş olmadığını deyib. Ölkəsinin Azərbaycanda genişmiqyaslı işlər görmək niyyətində olduğunu deyən qonaq azərbaycanlı həmkarlarının, o cümlədən iş adamlarından ibarət nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfər etməsinin müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması baxımından önəmini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

