Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Tomislav Nikoliçlə görüşüb
12.06.2015 [09:22]
Birinci xanım Mehriban Əliyevaya Serbiyanın “Sreten” ordeni təqdim edilib
İyunun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçlə görüşüb.
Görüşdən əvvəl Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın, Serbiya Prezidenti Tomislav Nikoliçin, xanımı Draqiça Nikoliçin iştirakı ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Serbiya Respublikasının yüksək dövlət mükafatı - “Sreten” ordeni təqdim olunub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Sreten” ordeni ilə təltif edilməsi haqqında Serbiya Respublikası Prezidentinin Fərmanı oxunub.
Serbiya Prezidenti Tomislav Nikoliç “Sreten” ordenini Mehriban Əliyevaya təqdim edib.
Birinci xanım Mehriban Əliyeva deyib: Çox sağ olun, cənab Prezident. Bu, mənim üçün böyük şərəfdir. Bu mükafata görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Prezident Tomislav Nikoliç deyib: Bilirsiniz, Serbiyada belə bir deyim var: Siz öz ailənizi seçə bilməzsiniz, lakin dostlarınızı seçə bilərsiniz. Bizi seçdiyinizə görə çox sağ olun.
Mehriban Əliyeva: Təşəkkür edirəm, mən bu mükafatı təkcə səylərimizin qiymətləndirilməsi kimi yox, həmçinin Serbiya ilə Azərbaycan arasında qarşılıqlı dostluq və hörmət rəmzi kimi dəyərləndirirəm. Çox sağ olun, Fond Sizin gözəl ölkənizdə öz fəaliyyətini davam etdirəcək.
Tomislav Nikoliç: Təşəkkür edirəm.
Mehriban Əliyeva: Mən Sizin komandanıza Avropa Oyunlarında uğurlar arzu edirəm.
Prezident İlham Əliyev: Mən də sizi dost ölkənin ən yüksək mükafatına layiq görülməyiniz münasibətilə təbrik edirəm.
Mehriban Əliyeva: Təşəkkür edirəm, bu, mənim üçün böyük şərəfdir.
* * *
Azərbaycan Prezidenti İlham Əliyevlə Serbiya Prezidenti Tomislav Nikoliçin görüşündə ölkələrimiz arasındakı əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Birinci Avropa Oyunlarının əhəmiyyəti vurğulanıb, bu Oyunların keçirilməsi üçün yaradılmış şərait yüksək qiymətləndirilib. Söhbət zamanı Azərbaycan ilə Serbiya arasındakı əlaqələrin daha da genişləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Serbiya Prezidenti Tomislav Nikoliç Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

