Konstitusiya islahatları: demokratikləşmə, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu
16.03.2009 [08:56]
Milli Məclisin qərarı ilə martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçiriləcək. Bu münasibətlə ölkə üzrə yaradılmış təşviqat qruplarının səlahiyyətli nümayəndələri və vəkilləri paytaxt və regionlarda seçicilərlə görüşür, Konstitusiyada nəzərdə tutulan əlavə və dəyişikliklərin mahiyyətini açıqlayırlar.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin həyata keçirdiyi “Gəncliyin gələcəyi və yeniləşən Azərbaycan naminə” aksiya çərçivəsində “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndələri - millət vəkili Əkrəm Abdullayev və YAP Gənclər Birliyinin sədri Ramil Həsənovun iştirakı ilə Şəkidə rayon gəncləri ilə görüş keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Şəki rayon Təşkilatı Gənclər Birliyinin sədri Gündüz Paşayev bildirdi ki, Azərbaycanda baş verən sürətli inkişaf həyatımızın bütün sahələrində əsaslı islahatlarin həyata keçirilməsini zərurətə çevirir. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi də bu inkişafın, yeniləşmənin tələbidir. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi haqqında Referendum Aktı ölkəmizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızın təmin olunması baxımından əhəmiyyətli sənəddir. Bu sənədin qəbulu və xalqın müzakirəsinə verilməsi də olduqca vacibdir. Bu məqsədlə ölkəmizin hər bir yerində vətəndaşlarla görüşlər keçirilir və səsverməyə çıxarılacaq məsələlər ətraflı müzakirə olunur.
çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, YAP GB-nin sədri Ramil Həsənov ölkədə aparılan siyasi, iqtisadi, demokratik islahatları, Azərbaycanın dünya birliyində möhkəmlənən mövqeyini davam etdirilən ulu öndər Heydər Əliyev siyasi kursunun nailiyyətləri adlandırdı. Qeyd etdi ki, həqiqətən Konstitusiya bir neçə onilliklər üçün nəzərdə tutulduğundan onun yeniləşməyə, dövrünün tələblərinə uyğunlaşdırılmağa ehtiyacı var. Bu mənada xalqın istəyinə müvafiq olaraq müəyyənləşdirilən ümumxalq səsverməsinin keçirilməsinə ehtiyac duyulur: “Biz azad və müstəqil, həm də qüdrəti ilə çoxlarını heyrətləndirən bir ölkənin vətəndaşıyıq. Azərbaycan indi bütün dünyada sivil, hüquqi dövlət kimi tanınır. Respublikada sosial, iqtisadi sahədə çox böyük islahatlar aparılır. Maddi, maliyyə imkanları genişlənir. İnsanların həyat tərzi daha da yaxşılaşır, ölkə əhalisinin hüquq və azadlıqlarının daha etibarlı qorunması təmin edilir. Azərbaycan dəyişir, yeniləşir, modern dövlətə çevrilir, ictimai, sosial münasibətlər Avropa dəyərlərinə uyğunlaşdırılır. Bu baxımdan Ali Qanunumuz olan Konstitusiyamızda da dəyişikliyə ehtiyac duyulur. ölkədə referendumun keçirilməsində də məqsəd inkişafın dinamik sürətinin qanunlarımızda təsbit olunmasını təmin etməkdir. Azərbaycanın daha böyük uğurlara imza atması, həyatımıza təsir edən qanunlarımızın təkmilləşdirilməsi hər birimizin ümumxalq səsverməsinə münasibətimizdən asılıdır”.
çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Əkrəm Abdullayev qeyd etdi ki, Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklər sosial sifarişdir. Referendumun keçirilməsi təşəbbüsü Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Bu təşəbbüs ictimaiyyət nümayəndələri tərəfindən də yüksək dəyərləndirildi. Bunu Milli Məclisə müraciətlər də təsdiqlədi. Azərbaycan xalqı bu həqiqəti dərk edir ki, inkişaf olan yerdə qanunlara, Konstitusiyaya dəyişikliklərin edilməsi zəruridir. Yəni qəbul olunan qanunlar mütəmadi olaraq yeniləşir, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini özündə əks etdirir.
Natiq qeyd etdi ki, əlavə və dəyişikliklər milli dövlətçiliyimizin, hüquq sisteminin möhkəmləndirilməsinə xidmət edir. Yeni Azərbaycan Partiyasının əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təşəbbüsünün ictimaiyyət tərəfindən yüksək dəyərləndirilməsi ümumxalq səsverməsinin uğurla keçiriləcəyinə böyük əminlik yaradır. Məhz ən böyük istəyimiz də referenduma çıxarılan məsələlərin xalq tərəfindən dəstəklənməsidir.
Tədbirdə çıxış edən Bəxtiyar Əsgərov və Seymur Orucov da gəncləri referendumda fəallıq göstərməyə çağırdılar.
Tədbirdə Şəkidə fəaliyyət göstərən ali, orta ixtisas məktəblərinin gənc müəllimləri və tələbələr, müxtəlif idarə və müəssisələrdə, QHT-lərdə çalışan 60-a yaxın gənc iştirak edirdi.
Sonda yığıncaq iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39

