Prezident İlham Əliyev Sian şəhərində Şaansi avtomobil zavodu ilə tanış olub
10.12.2015 [10:33]
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Çinin Sian şəhərində Şaansi avtomobil zavodu ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, bu müəssisə Çində avtobus, ağır tonnajlı, orta, yüngül, mini yük avtomobilləri, mühərriklər, ehtiyat hissələri, habelə hərbi avtomobillər istehsal edən iri müəssisələrdən biridir. 1968-ci ildə yaradılmış zavodun hazırda 23 min işçisi var.
İstehsal prosesinə baxan Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, müəssisənin buraxdığı yük maşınları “SACHMAN”, avtobusları isə “Eurostar Bus” brendləri altında dünyanın 90-dan çox ölkəsində, o cümlədən Azərbaycanda satılır. Şirkətin xaricdə 41 ofisi və 310 servis mərkəzi fəaliyyət göstərir. “SACHMAN” yük avtomobilləri Almaniyanın “MAN” şirkəti ilə birgə əməkdaşlıq sayəsində istehsal edilir.
Şaansi avtomobil zavodunun daxil olduğu “Shaanxi Automobile Group Co. Ltd” ümumilikdə 10 törəmə şirkəti özündə birləşdirir. Onların hamısı Şaansi vilayətində yerləşir. Şirkət avtobus və yük maşınları ilə yanaşı, digər yük avtomobil istehsalçıları üçün hissələr də buraxır. Çinin avtomobil sənayesində xüsusi payı olan bu şirkət ötən müddətdə 600 mindən çox müxtəlif təyinatlı avtomobil istehsal edib.
Şirkətin Sian şəhərindəki texnoparkında yük avtomobilləri, avtomobil şassisi və mühərrik zavodları, texniki, satış mərkəzləri fəaliyyət göstərir. Şaansi avtomobil zavodu hazırda Çinin və Asiyanın ən böyük 500 şirkəti siyahısındadır.
* * *
Bununla da Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sian şəhərinə səfərini başa çatdıraraq paytaxt Pekinə yola düşüb. Sian beynəlxalq aeroportunda dövlətimizin başçısını şəhərin rəsmi şəxsləri yola salıblar.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

