/ / Azərbaycan Prezidenti İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirinə “Dostluq” ordeni təqdim edib
Azərbaycan Prezidenti İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirinə “Dostluq” ordeni təqdim edib
22.04.2016 [10:03]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı İlham Əliyev Mahmud Vaezinin ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün çox böyük işlər gördüyünü, Azərbaycan xalqı və dövləti tərəfindən bu işlərin yüksək qiymətləndirildiyini deyib. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu deyib və ordeni ona təqdim edib.
Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi öz xalqına və öz dinindən olan qonşu Azərbaycan xalqına xidmət etməsindən iftixar hissi duyduğunu vurğulayıb.
Aprelin 20-də Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasiminə toxunan dövlətimizin başçısı bunu ötən müddət ərzində görülən işlərin nəticəsi kimi dəyərləndirib və ölkələrimiz arasında əldə olunan bütün razılaşmaların icra edilməsindən məmnun olduğunu deyib. Prezident İlham Əliyev İstanbulda İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşdüyünü və bir daha hər iki tərəfin əlaqələrimizin inkişafı ilə bağlı görüləcək işləri müzakirə etdiklərini vurğulayıb. Dövlətimizin başçısı İran İslam Respublikasına səfərini də məmnunluqla xatırlayıb.
Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin səmimi salamlarını dövlətimizin başçısına çatdırıb. Mahmud Vaezi bildirib ki, ölkəsinin dövlət başçısı Prezident İlham Əliyev ilə İstanbuldakı görüşünü böyük razılıq hissi ilə xatırlayır. O, dövlət başçılarının rəhbərliyi ilə ölkələrimiz arasında əlaqələrin ikitərəfli və beynəlxalq əməkdaşlıq sahələrində uğurla inkişaf etdirildiyini vurğulayıb.
Dövlətimizin başçısı Prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

