Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının birinci turuna start verilib
03.09.2016 [09:11]
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib
Sentyabrın 2-də “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının birinci turuna start verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov ilə görüşüb.
Bakının ev sahibliyi etdiyi 42-ci Şahmat Olimpiadası indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarışdır. Bakı Olimpiadasında 175 ölkəni təmsil edən 181 kişi və 142 qadın komandanın 1600-dən çox üzvü, bundan əlavə, yüzlərlə komanda kapitanları və məşqçilər, digər rəsmi nümayəndələr iştirak edirlər. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Yarışları 193 hakim idarə edir. Yarışın idarə olunmasına Azərbaycandan 30 hakim cəlb edilib.
Prezident İlham Əliyev Azərbaycanın kişilərdən ibarət birinci komandasının üzvü Şəhriyar Məmmədyarov ilə Zimbabve şahmatçısı Rodvel Makoto arasındakı partiyada ilk gedişi (D2-D4) edib.
Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət “Azərbaycan-1” komandası Zimbabve, “Azərbaycan-2” Mozambik, “Azərbaycan-3” isə Papua-Yeni Qvineya milliləri ilə qarşılaşacaq. Qadınların mübarizəsində isə “Azərbaycan-1” komandası Nikaraqua, “Azərbaycan-2” Yaponiya, “Azərbaycan-3” isə Lesoto yığması ilə üz-üzə gələcək.
Sonra dövlətimizin başçısı yarışların keçirildiyi zala baxıb, şahmatçıların oyunlarını izləyib.
Prezident İlham Əliyev qadın şahmatçıların yarışında Rusiya idmançısı Aleksandra Kostenyuk ilə şotlandiyalı Araksamita Grant arasındakı partiyada da ilk gedişi (E2-E4) edib.
Azərbaycan Prezidenti əlil şahmatçıların yarışına da baxıb.
Prezident İlham Əliyev daha sonra arenada yaradılan şəraitlə tanış olub.
Dünyanın əsas idman yarışlarından biri olan Şahmat Olimpiadasını ölkəmizdə yüksək səviyyədə keçirmək üçün bütün zəruri addımlar atılıb. “Baku Crystal Hall” bu mötəbər yarış üçün tam hazır vəziyyətə gətirilib. İdmançıların və nümayəndə heyətlərinin burada özlərini tam rahat hiss etmələri üçün mühüm işlər görülüb. Təşkilati işlərə 500-dək könüllü cəlb edilib.
Dövlətimizin başçısı Olimpiadanın sərgi salonuna baxıb. Məlumat verilib ki, Olimpiada çərçivəsində şahmat sərgisi təşkil olunub. Olimpiadanın tamaşaçılarına “Baku Crystal Hall”da təşkil olunan sərgidə iştirak etmək üçün imkan verilir. Bu sərgidə şahmatla bağlı nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlardan plakatlar nümayiş olunur.
Prezident İlham Əliyev şərhçilər otağına baş çəkib.
Şərhçi Yevgeni Miroşniçenko: Bu möhtəşəm tədbirə görə təşəkkür edirəm.
Prezident İlham Əliyev: Mən çox şadam ki, hər kəs razı qalıb. Dünən möhtəşəm açılış mərasimi oldu. Bu gün yarış başlayır. Bütün dünya Bakıdadır. Olimpiadada rekord sayda ölkə iştirak edir. Şadam ki, bütün təşkilati məsələlər həll olunub. Ümidvaram ki, bu iki həftə ərzində bizim bütün yeni qonaqlarımız ölkəmizi görməyə də imkan tapacaqlar və turist kimi yenidən Azərbaycana qayıdacaqlar. Sizə uğurlar arzulayıram.
Burada yaradılan virtual oyun zonası da böyük maraqla qarşılanır. Şəhərimizin sakinləri və qonaqlar zonada virtual olaraq istənilən şahmatçı ilə oynaya bilər.
Ümumdünya Şahmat Olimpiadası dünyanın diqqət mərkəzində olan tədbirdir. Yarışları işıqlandırmaq üçün 250-dən çox yerli və xarici media nümayəndəsinin qeydiyyatdan keçməsi bunu bir daha sübut edir.
On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq. Olimpiada ilə yanaşı, sentyabrın 4-dən 13-dək Bakıda FIDE-nin 87-ci Konqresi və Baş Assambleyasının iclasları keçiriləcək.
Onu da deyək ki, növbəti - 43-cü Ümumdünya Şahmat Olimpiadası Gürcüstanın Batumi şəhərində baş tutacaq.
Prezident İlham Əliyev 43-cü Ümumdünya Şahmat Olimpiadasının stendinə də baxıb.
Sonra dövlətimizin başçısı yarışı işıqlandıran mətbuat nümayəndələrinə müsahibə verib.
Sual: Cənab Prezident, bu tədbirin Azərbaycanın tanıdılmasında əhəmiyyəti barədə nə deyə bilərsiniz?
Prezident İlham Əliyev: Əlbəttə, çox əhəmiyyətlidir, bizim üçün böyük şərəfdir. Ümumdünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi, əlbəttə ki, bizi çox sevindirir. Şadam ki, bütün təşkilati məsələlər yüksək səviyyədə öz həllini tapıbdır. Dünən möhtəşəm açılış mərasimində bərabər iştirak edirdik, bu gün burada artıq yarışlar başlayıb.
Əlbəttə, Azərbaycan bir daha özünü dünyaya müasir, inkişaf edən ölkə kimi təqdim edir. Əminəm ki, bütün qonaqlar öz vətənlərinə ən xoş təəssüratlarla qayıdacaqlar və Azərbaycan haqqında dünya şahmat ictimaiyyətinin daha da dolğun təəssüratı olacaqdır. Ona görə, bunun çox böyük əhəmiyyəti var. Azərbaycanda artıq mötəbər beynəlxalq yarışlar ənənəvi olaraq keçirilir. Avropa Oyunları, Şahmat Olimpiadası, “Formula-1” yarışı, gələn il İslam Həmrəyliyi Oyunları. Yəni, Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilir. Sağ olun.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35

