/ / Azərbaycan Prezidenti İlham Əliyev Belarusun müdafiə nazirinin başcılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Belarusun müdafiə nazirinin başcılıq etdiyi nümayəndə heyətini qəbul edib
27.09.2016 [09:45]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Belarus Respublikasının müdafiə naziri Andrey Ravkovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Belarus müdafiə nazirinin Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün böyük nümayəndə heyəti ilə Bakıya səfərinin önəmini vurğulayıb. Ölkələrimiz arasında hərbi əməkdaşlığın bir çox illərdir ki, uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu sahədə əlaqələrimizin razılıq doğurduğunu bildirib. Dövlətimizin başçısı bunu Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli etimadın göstəricisi, ölkələrimizin iqtisadi, siyasi, hərbi və digər sahələrdə çoxplanlı əməkdaşlığa əsaslanmasının yaxşı təzahürü kimi dəyərləndirib. Son illər Belarusdan alınan texnikanın çox yüksək standartlara cavab verdiyini deyən dövlətimizin başçısı bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı da danışdıqlarını, azərbaycanlı mütəxəssislərin də bu texnikaların yüksək keyfiyyətindən və etibarlılığından razı qaldıqlarını qeyd edib. Prezident İlham Əliyev bütün bunları Belarusun hərbi-texniki sahədə əldə etdiyi böyük uğurların göstəricisi kimi dəyərləndirib. Ölkələrimiz arasında tarixən əlaqələrin mövcud olduğunu qeyd edən dövlətimizin başçısı əməkdaşlığımızın gələcək inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq müdafiə sərgisində Belarus hərbi texnikasının nümayiş etdirilməsinin ölkəmizin bu sahədəki yeniliklərlə tanış olması və birgə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından önəmini qeyd edib. Belarus müdafiə nazirinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət etdiyini deyən dövlətimizin başçısı səfərin əməkdaşlığımızın gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını söyləyib.
Belarus Respublikasının müdafiə naziri Andrey Ravkov deyib: “Mən sizə - Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun böyük dostu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına salamlarını çatdırmaq istəyirəm”.
Belarus Respublikasının müdafiə naziri ölkəsinin Prezidentinin daim söylədiyi sözləri xatırlayaraq bildirib ki, Azərbaycan Cənubi Qafqazda Belarusun güvəndiyi dost ölkədir, Belarus isə Azərbaycan üçün Avropanın mərkəzində etibarlı dost və dayaq ola biləcək ölkədir. Ölkəsinin çətin bir dövründə Azərbaycanın Belarusa dəstək verdiyini vurğulayan Andrey Ravkov buna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Ölkəmizə səfərinin Azərbaycan üçün əhəmiyyətli bir günə təsadüf etdiyini vurğulayan Andrey Ravkov keçirilən referendumu mühüm hadisə kimi dəyərləndirib.
Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxSosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53

