/ / Azərbaycan Prezidenti İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
04.10.2016 [09:31]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Latviya Respublikası Seyminin sədri İnara Murnietsenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Latviyanın parlament nümayəndələrinin müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası çərçivəsində əməkdaşlıq etdiyini deyən dövlətimizin başçısı iki ölkə arasında bütün sahələrdə yaxın münasibətlərin olmasının vacibliyini vurğulayıb. Ölkəmizin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduğunu deyən Prezident İlham Əliyev bu baxımdan İnara Murnietsenin Azərbaycana səfərinin əhəmiyyətini qeyd edib.
Azərbaycana ilk dəfə 12 il əvvəl səfər etdiyini deyən İnara Murnietse ölkəmiz haqqında çox gözəl xatirələrinin olduğunu bildirib. O vaxtdan ötən dövr ərzində Azərbaycanda çox müsbət dəyişikliklərin şahidi olduğunu deyən Latviya Seyminin sədri bu nailiyyətlərin əldə edilməsində ölkə rəhbərliyinin vacib rol oynadığını vurğulayıb. Paytaxtımızın çox müasir şəhər olduğunu deyən qonaq Bakının milli və tarixi ənənələrlə yanaşı, müasir arxitekturanı özündə birləşdirməsinin şəhərə xüsusi ecazkarlıq verdiyini deyib. Azərbaycanda savadlılığın yüksək səviyyədə olduğunu deyən Latviya Seyminin sədri ölkəsində də təhsilə böyük önəm verildiyini bildirib. Azərbaycanın xeyriyyəçilik sahəsində gördüyü işlərə toxunan İnara Murnietse bu istiqamətdə birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Latviyada da tarixi memarlığın, mədəniyyətin və milli irsin qorunub saxlanması istiqamətində çox işlər görüldüyünü, Riqaya son səfərində bunun şahidi olduğunu qeyd edib. Hər iki ölkənin paytaxt şəhərlərində yerləşən “İçərişəhər”in ölkələrimizin qürur mənbəyi olduğunu deyən dövlətimizin başçısı bunu, qədim tarixin və milli ənənələrin bariz nümunəsi kimi dəyərləndirib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda, iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06

