/ / Prezident İlham Əliyev Rumıniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Rumıniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
06.10.2016 [10:05]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Dan İankunun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Dan İanku fəxri qarovul dəstəsinin qarşısından keçib.
Dan İanku etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycan ilə Rumıniyanın strateji tərəfdaş olduğunu qeyd edən dövlətimizin başçısı ölkəmizin dövlətlərimiz arasında əməkdaşlığı genişləndirmək və tərəfdaşlığımızı ikitərəfli, eləcə də Avropa İttifaqı-Azərbaycan və NATO-Azərbaycan əlaqələri çərçivəsində gücləndirməkdə maraqlı olduğunu deyib. Prezident İlham Əliyev Rumıniyaya dəfələrlə səfər etməsini məmnunluqla xatırlayaraq Rumıniyanı Azərbaycanın Avropadakı ən yaxın tərəfdaşlarından biri kimi dəyərləndirib. Dövlətimizin başçısı Rumıniyanın Azərbaycanda çoxlarına yaxşı tanış olduğunu, insanların bu ölkəyə yüksək ehtiramla yanaşdıqlarını bildirib.
Rumıniya Prezidenti Klaus Yohannisin Prezident İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdıran səfir Dan İanku ölkələrimizin strateji tərəfdaş olduqlarını vurğulayıb. Rumıniyalı diplomat ölkəmizə gələrkən inkişafın və böyük potensialın, həmçinin Bakının möhtəşəmliyinin şahidi olduğunu deyib. Səfir Dan İanku Azərbaycanı Şərq ilə Qərbin, Cənubla Şimalın yolayrıcında yerləşən, zəngin və qədim tarixi və mədəniyyəti olan bir ölkə kimi xarakterizə edib. Azərbaycanda tolerantlıq ənənələrinin böyük tarixi olduğunu qeyd edən Dan İanku Roma Papası Fransiskin ölkəmizə səfərini Azərbaycanda tolerantlığa, müxtəlifliyə, harmoniyaya ehtiramın əməli ifadəsi kimi dəyərləndirib.
Prezident İlham Əliyev Dan İankuya uğurlar arzulayıb, onun Azərbaycanda fəaliyyəti müddətində insanlarla görüşmək, ölkəmizlə tanış olmaq üçün yaxşı imkan yaranacağına ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycanda mədəni müxtəliflik, multikulturalizm kimi məsələlər üzərində fəal iş aparıldığını deyib.
Prezident İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannisin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Rumıniya dövlətinin başçısına çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxİdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57

