/ / Azərbaycan ilə Ermənistan arasında əməkdaşlıq yalnız işğala son qoyulduqdan sonra baş tuta bilər
Azərbaycan ilə Ermənistan arasında əməkdaşlıq yalnız işğala son qoyulduqdan sonra baş tuta bilər
07.07.2009 [10:45]
Xəbər verdiyimiz kimi, iyulun 3-də Azərbaycan və Ermənistanın Rusiya Federasiyasındakı səfirlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın bir qrup ziyalısı ATƏT-in xətti ilə Xankəndidə, Şuşada olub, oradan Ermənistana gedərək Prezident Serj Sarkisyan ilə görüşüblər.
Həmin gün qrupun üzvləri İrəvandan Bakıya gəlib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olublar.
Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın bir qrup ziyalısı ATƏT-in xətti ilə ilk dəfə 2007-ci il iyunun 28-də əvvəlcə Dağlıq Qarabağda olub, Xankəndi və Şuşa şəhərlərində, sonra İrəvanda, daha sonra isə Bakıda görüşlər keçirib.
İki ildən sonra - 2009-cu il iyulun 3-də yenidən reallaşan təşəbbüs çərçivəsində Azərbaycan və Ermənistan ziyalılarından ibarət heyət gün ərzində Xankəndidə, Şuşada və İrəvanda olub. Azərbaycan tarixində, mədəniyyətində, xalqımızın milli kimlik yaddaşında xüsusi önəmi və yeri olan Şuşa ilə bağlı təəssüratlar iki il bundan öncəkindən heç nə ilə fərqlənmir. Şuşa məscidi məruz qaldığı vandalizm aktının acı nəticələrini hələ də yaşamaqdadır. Şərq-İslam memarlığının incilərindən və bu qədim Azərbaycan şəhərinin rəmzlərindən sayılan məscid demək olar ki, məhv edilib. 1992-ci il mayın 8-də erməni qəsbkarları qədim və tarixi abidələr diyarı olan Şuşanı işğal etdikdən sonra digər tarixi abidələr ilə yanaşı, şəhər məscidi də böyük dağıntılara məruz qalıb. Tariximizdə böyük dəyərə sahib olan bu məscidin minarələri də indi dağılmaq təhlükəsi ilə üz-üzədir. Cıdır düzü də uzun illərdir bu yerlərdən köç edən doğmaların həsrətini yaşayır. O həsrət ki, orada bizim ruhumuz qalıb.
Şuşa həm də Azərbaycan musiqisinin beşiyidir. Məhz bu mənada Şuşaya Şərqin konservatoriyası deyənlər təbii ki, yanılmırlar. Şuşanın Bülbül küçəsi, 3 ünvanında yerləşən Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün memorial muzeyi də dağıdılıb. 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal olunandan sonra muzeyin eksponatları talan olunub və məhv edilib. Bülbülün ev-muzeyinin həyətində qoyulan büstü yararsız hala salınıb.
Daha sonra nümayəndə heyəti Şuşadan İrəvana gedib. Onlar burada Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər. Serj Sarkisyan deyib: “Mən anlayıram ki, xalqlarımız və dövlətlərimiz arasında bu gün böyük problemlər var. Bununla yanaşı, anlayıram ki, bu problemləri həll etmək lazımdır. Siz məsələnin, problemin mahiyyətini, düşünürəm ki, anlayırsınız. Mən əminəm ki, Azərbaycan əhalisinin 100 faizi məsələnin həll olunmasını istəyir. Əminəm ki, Ermənistanda da istəyirlər.
Mən özümü heç vaxt məhdudlaşdırmamışam. Həm 1993-cü, həm 1995-ci, həm 2000-ci, həm də 2009-cu illərdə deyirdim ki, Ağdam bizim vətənimiz deyil. Mən bunu anlayırdım və indi də anlayıram. Mən başqa məsələni də anlayıram ki, dünyada elə bir erməni tapılmaz ki, Qarabağın Azərbaycanın tərkibində qalmasına razı olsun.
Mən bir daha deyirəm və istəyirəm məni düzgün başa düşəsiniz. Bunu deməklə, mən bugünkü vəziyyəti uzatmaq tərəfdarı deyiləm. Ona görə tərəfdarı deyiləm ki, bu, bütün sahələrdə Ermənistanın inkişafının qarşısını alır. Bütün sahələrdə - iqtisadiyyatdan tutmuş siyasətədək, o cümlədən daxili siyasətədək”.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

