/ / Azərbaycanın Birinci vitse-prezidenti Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb
Azərbaycanın Birinci vitse-prezidenti Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb
03.11.2017 [10:13]
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 2-də Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Pyer Alen Rafanı Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Milli Məclisin deputatı olduğu zaman Azərbaycan-Fransa dostluq qrupuna rəhbərlik etdiyini deyən Mehriban Əliyeva qrupun fəaliyyətinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə təkan verdiyini bildirib. “İnanıram ki, gələcək fəaliyyət nəticəsində əlaqələrimizdə olan potensialdan daha yaxşı istifadə ediləcək”, - deyən Azərbaycanın Birinci vitse-prezidenti qeyd edib ki, bu, əlaqələrimizin daha da möhkəmlənməsinə səbəb olacaq.
Bu il Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini vurğulayan Mehriban Əliyeva ötən illər ərzində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb. Birinci vitse-prezident bildirib ki, Azərbaycan Fransa ilə münasibətlərdə bütün sahələrə önəm verir. Mehriban Əliyeva ölkələrimizin prioritetləri sırasında humanitar sahəni xüsusi vurğulayaraq son illər bu sahədə böyük uğurların əldə edildiyini bildirib. Təhsil sahəsindəki əməkdaşlığa toxunan Azərbaycanın Birinci vitse-prezidenti bu istiqamətdə ölkələrimiz arasında reallaşdırılan iri layihələrdən danışıb. Qeyd edib ki, ölkəmizdə Fransız liseyi, Fransız-Azərbaycan Universiteti fəaliyyət göstərir və bu, həm Azərbaycanın təhsil sisteminin, həm də ikitərəfli əlaqələrin inkişafına xidmət edir.
Son illər Fransanın və Azərbaycanın müxtəlif şəhərləri arasında yaxşı əməkdaşlığın qurulduğunu, şəhərlərin qardaşlaşması haqqında sazişlərin imzalandığını xatırladan Mehriban Əliyeva bu istiqamətdə ilk addımların mədəniyyət sahəsində atıldığını, həyata keçirilən layihələrin Fransanın regionlarında ölkəmizi tanıtmaq məqsədi daşıdığını bildirib. Azərbaycanın Birinci vitse-prezidenti bu sahədə atılan addımların iqtisadi əlaqələrə də müsbət təsir göstərdiyini yaxşı hal kimi dəyərləndirib. Mehriban Əliyeva bir çox sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu qeyd edib və eyni zamanda, potensialın da böyük olduğunu vurğulayıb. Ümidvar olduğunu bildirib ki, bu potensialdan istifadə edilərək ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətləri daha da möhkəmlənəcək. Pyer Alen Rafanın ölkəmizə ilk səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirən Mehriban Əliyeva ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan bu vəzifədə fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün səylə çalışacağını bildirib.
Xəbər lenti
Hamısına baxSosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27

