/ / Prezident İlham Əliyev İtaliya Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev İtaliya Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
03.11.2017 [10:15]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, İtaliya Senatının sədr müavini xanım Linda Lanzillotta ölkəmizə səfərinin səmərəli və maraqlı keçdiyini və bunun Azərbaycan ilə dostluğun möhkəmləndirilməsi baxımından önəmli olduğunu qeyd edib.
Enerji sektorunun ölkələrimiz arasında əməkdaşlıq üçün ən əsas sahə olduğunu deyən Linda Lanzillotta TAP layihəsinə ölkəsinin sadiqliyini vurğulayıb və əminliklə bildirib ki, bu, həm də Azərbaycan ilə İtaliya arasında əlaqələrin genişləndirilməsi üçün çox əhəmiyyətlidir.
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı görülən işlərə toxunan qonaq İtaliyanın ölkəmizlə infrastruktur, kənd təsərrüfatı sahələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu deyib. “Milan Expo-2015” sərgisini xatırlayan Linda Lanzillotta bu sərgidə Azərbaycan pavilyonunun çox böyük maraqla qarşılandığını və yüksək qiymətləndirildiyini bildirib.
Prezident İlham Əliyev uğurla inkişaf edən İtaliya-Azərbaycan ikitərəfli əlaqələrinə ölkəmizin böyük önəm verdiyini deyib və İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayaraq burada neft ixracının başlıca rol oynadığını xüsusi qeyd edib. Dövlətimizin başçısı ölkələrimiz arasında uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsində TAP layihəsinin böyük əhəmiyyət daşıdığını deyib və bu layihənin qrafikə uyğun olaraq uğurla icra edildiyini və işlərin vaxtında başa çatdırılacağına ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev, eyni zamanda, Cənub Qaz Dəhlizinin digər hissələrində, o cümlədən “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəmərində işlərin 100 faiz, TANAP layihəsində isə 80 faizdən çoxunun yerinə yetirildiyini deyib. Qlobal enerji təhlükəsizliyi layihəsi kimi Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı İtaliyanın Azərbaycanın əsas qaz ixrac edəcəyi ölkələrdən biri olduğunu qeyd edib və bunun əlaqələrimizin inkişafı üçün xüsusi önəm daşıdığını deyib.
Ticarət əlaqələrimizin şaxələndirilməsi üçün daha fəal iş aparılmasının vacibliyini qeyd edən dövlətimizin başçısı hazırda əsas diqqətin digər istiqamətlərə - sənaye, kənd təsərrüfatı, infrastruktur, nəqliyyata yönəldilməsinin zəruriliyini bildirib. Azərbaycanda icra olunan layihələrdə İtaliya şirkətlərinin iştirakına toxunan Prezident İlham Əliyev ölkəmizin gələcək inkişafı ilə bağlı Bakıda və regionlarda həyata keçiriləcək infrastruktur və digər layihələrdə iştirak etmək üçün İtaliya şirkətlərini Azərbaycana dəvət edib.
Görüşdə Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları və onların daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

