Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib
24.11.2017 [10:10]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Şimali Atlantika Şurasının iclasında əvvəlcə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib. Sonra o, sözü Azərbaycan Prezidenti İlham Əliyevə verib.
Dövlətimizin başçısı Azərbaycan ilə NATO arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. Ölkəmizin NATO-nun müxtəlif missiya və əməliyyatlarında fəal iştirak etdiyini vurğulayan Prezident İlham Əliyev NATO-nun, öz növbəsində, Azərbaycanda ərazilərin minalardan təmizlənməsi işində fəal iştirak etdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan Əfqanıstandakı sülhməramlı fəaliyyətini genişləndirir və bu ölkə ilə ikitərəfli səviyyədə iqtisadi və digər sahələrdə əməkdaşlığı həyata keçirir.
Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunub, əməkdaşlığın uğurla inkişaf etdiyini və onun müxtəlif sahələri əhatə etdiyini bildirib.
Azərbaycanda demokratik inkişaf məsələlərindən danışan Prezident İlham Əliyev ölkəmizdə azad internet, söz, toplaşma və digər azadlıqların təmin edildiyini vurğulayıb. Ölkəmizdə iqtisadi inkişaf məsələləri və bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlar barədə danışan dövlətimizin başçısı qeyd edib ki, 2004-cü ildən bəri Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə, həmçinin işsizlik səviyyəsi 5 faizə düşüb, xarici borcumuz ümumi daxili məhsula nisbətən 20 faizdən də aşağı səviyyədədir.
Prezident İlham Əliyev Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən birinə çevrildiyini, ölkəmizdə multikulturalizmin, tolerantlığın təmin olunduğunu və bununla bağlı bir sıra mühüm tədbirlərin keçirildiyini bildirib. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyini, Davos Dünya İqtisadi Forumunun ölkəmizin iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya dövlətləri arasında 37-ci yerdən 35-ci yerə layiq gördüyünü qeyd edən dövlətimizin başçısı təhsil, infrastruktur, nəqliyyat və digər sahələrdə əldə olunan uğurlardan danışıb.
Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu qeyd edib, “Cənub Qaz Dəhlizi” layihəsindən danışıb, TANAP və TAP layihələrinin uğurla icra edildiyini bildirib və Azərbaycanın uzun illər bundan sonra da Avropanın etibarlı qaz təminatçısına çevriləcəyini deyib. Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bu yolun Asiya ilə Avropa arasında ən qısa yol olduğunu deyib, Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb arasında mühüm tranzit qovşağına çevrildiyini vurğulayıb.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə geniş toxunub, Ermənistanın ölkəmizin 20 faiz torpaqlarını, o cümlədən Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etdiyini vurğulayıb. Ermənilərin həmin ərazilərdə törətdikləri hərbi cinayətlər, Xocalı soyqırımı, günahsız insanların qətlə yetirilməsi və etnik təmizləməyə məruz qalması barədə ətraflı danışan dövlətimizin başçısı ATƏT-in faktaraşdırıcı missiyalarının da işğal olunmuş ərazilərdə dağıntıları qeydə aldıqlarını bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsi icra edilmir və Ermənistan status-kvonu saxlamaq niyyətindədir. Prezident İlham Əliyev NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
Sonra bir çox ölkələrin səfirləri çıxış ediblər və Azərbaycanın NATO-nun missiyalarında fəal rolundan danışıblar, ölkəmizin Əfqanıstana göstərdiyi yardımı və oradakı missiyada iştirakını yüksək qiymətləndiriblər, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini qeyd ediblər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunublar və münaqişənin həllinin zəruriliyini bildiriblər.
Sonda dövlətimizin başçısı NATO-dakı səfirlərin suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14

