/ / Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib
23.12.2017 [09:24]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Bakıda keçirilən “2017- İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransa toxunaraq bu tədbirin müxtəlif dinlərin və xalqların bir-birinə daha da yaxınlaşması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyini deyib. Dövlətimizin başçısı Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından dini rəhbərlərin böyük heyətlə bu konfransda iştirakından məmnunluğunu ifadə edib, mütəmadi keçirilən bu cür görüşlərin Rusiya Federasiyası, o cümlədən Şimali Qafqaz respublikaları ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, “İslam Həmrəyliyi İli” elan olunmuş 2017-ci ilin başa çatmasına baxmayaraq, Azərbaycan dünya müsəlmanlarının həmrəyliyi, müsəlman ölkələri arasında əməkdaşlıq işinə bundan sonra da öz töhfəsini verəcək və bu baxımdan təsis olunacaq koordinasiya şurası gələcək birgə fəaliyyətin həyata keçirilməsi üçün yaxşı imkan yaradacaq.
Qonaqlar adından danışan Qaraçay-Çərkəz Respublikasının müftisi İsmail Berdiyev Prezident İlham Əliyevlə görüşlərindən həmişə olduğu kimi, böyük məmnunluq hissi keçirdiklərini deyib. O, “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunması işinə verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə dərin təşəkkürünü bildirib, tədbirin xalqlar arasında dostluğun möhkəmlənməsi işinə töhfə verdiyini məmnunluq hissi ilə qeyd edib. Ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edən İsmail Berdiyev Onun Azərbaycan xalqının rifahı naminə həyata keçirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Qonaq hər dəfə olduğu kimi, Azərbaycana budəfəki səfərləri zamanı da ölkəmizdə gördükləri inkişaf proseslərinin onlarda böyük təəssürat yaratdığını qeyd edib.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın son illər əldə etdiyi sürətli iqtisadi inkişafın təmin olunmasında, xalqımızın rifah halının yaxşılaşdırılmasında cəmiyyətimizdə hökm sürən sabitlik, müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir ailə şəklində mehriban yaşamaları böyük rol oynayır. Müsəlman ölkələrində narahatlıq doğuran problemlərin mövcud olduğunu deyən Prezident İlham Əliyev bunların aradan qaldırılması üçün müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsinin böyük önəm daşıdığını deyib və Azərbaycanın bu işə bundan sonra da töhfə verməkdə davam edəcəyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

