/ / Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib
15.03.2018 [09:52]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də VI Qlobal Bakı Forumunun işində iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.
AZƏRTAC xəbər verir ki, VI Qlobal Bakı Forumunun önəmini vurğulayan dövlətimizin başçısı bu tədbirin mütəmadi olaraq keçirilməsindən, getdikcə daha çox iştirakçını özünə cəlb etməsindən və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialının və beynəlxalq səviyyədə nüfuzunun artmasından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqanın və İsmail Serageldinin, o cümlədən İdarə Heyəti üzvlərinin bütün bu işlərə verdiyi töhfəni yüksək qiymətləndirib və mərkəzin İdarə Heyətinin üzvlərinin fəal iş aparmaları nəticəsində bu təşkilatın fəaliyyətinin gündəliyinin genişləndiyini bildirib.
Xoş sözlərə və Mərkəzin işinə verilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Qlobal Bakı Forumunun böyük önəm daşıdığını və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq səviyyədə nüfuzunun artdığını məmnunluqla vurğulayıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Çində, ABŞ-da və dünyanın bir sıra ölkələrində tədbirlər keçirdiyini deyən qonaq bunu Mərkəzin fəaliyyət coğrafiyasının genişlənməsinin və dünyada bu quruma olan marağın göstəricisi kimi dəyərləndirib.
Görüş iştirakçıları Azərbaycanın beynəlxalq rolunun artdığını, ölkəmizin sabitliyə və təhlükəsizliyə töhfə verdiyini qeyd edərək bildiriblər ki, Qlobal Bakı Forumunun fəaliyyəti dünyada gedən proseslərə müsbət təsir göstərir və artıq beynəlxalq tədbirə çevrilib.
Söhbət zamanı bu tədbirin müxtəlif tərəflər arasında fikir mübadiləsinin və müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığı vurğulanıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57

