/ / Prezident İlham Əliyev Əlcəzairin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Əlcəzairin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
26.06.2018 [09:36]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Tayeb Louhun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Əlcəzairin ədliyyə naziri Tayeb Louhun Azərbaycanda çoxlu sayda məhsuldar görüşlər keçirməsindən məmnunluğunu ifadə edib, nazirlər səviyyəsində qarşılıqlı səfərləri ədliyyə sahəsində əməkdaşlığın uğurlu inkişafının göstəricisi kimi dəyərləndirib. Azərbaycanın Əlcəzair ilə ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlı olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, siyasi əlaqələr çox yaxşı səviyyədədir, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatında uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycanın İslam həmrəyliyi işinə verdiyi töhfəyə toxunan Prezident İlham Əliyev keçən il ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan olunduğunu, Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini qeyd edib. Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin növbəti mərhələsində iqtisadi əməkdaşlıq məsələlərinə daha çox diqqət yetirilməsinin və ticarət dövriyyəsinin artırılmasının vacibliyini bildirib. Prezident İlham Əliyev, eyni zamanda, qeyd edib ki, humanitar sahədə də əməkdaşlığın genişləndirilməsi, o cümlədən insanlar arasında əlaqələr, turistlərin qarşılıqlı səfərləri böyük önəm daşıyır. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyi ifadə edib.
Ədliyyə naziri Tayeb Louh Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın salamlarını və eyni zamanda, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırıb. O qeyd edib ki, Əlcəzair Prezidenti dövlətimizin başçısına fəaliyyətində yeni-yeni uğurlar və Azərbaycan xalqına Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə davamlı inkişaf və tərəqqi arzulayır. Tayeb Louh bildirib ki, Əlcəzair dövlətinin başçısı Azərbaycan ilə münasibətlərin inkişafına yüksək diqqət yetirir və bu istiqamətdə müvafiq tapşırıqlar verib. Nazir ölkələrimiz arasında tarixi əlaqələrin mövcud olduğunu və bu əlaqələrin getdikcə uğurla inkişaf etdiyini vurğulayıb.
Dövlətimizin başçısı Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın salamlarına və təbriklərinə görə minnətdarlığını bildirib, Onun da salamlarını Əlcəzair Prezidentinə çatdırmağı xahiş edib.
Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13

