/ / Prezident İlham Əliyev NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
12.12.2018 [09:47]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) Körtis Skaparrottinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın NATO ilə tərəfdaşlığının uzun tarixə və geniş gündəliyə malik olduğunu deyən dövlətimizin başçısı bu ilin iyul ayında NATO-nun mənzil-qərargahına son səfərini və Brüsseldə keçirilmiş Zirvə toplantısında iştirakını xatırlayıb və bunun əlaqələrimizin inkişafına müsbət təsir göstərdiyini qeyd edib. Dövlətimizin başçısı ümumilikdə NATO-nun mənzil-qərargahına etdiyi bütün səfərlərin müsbət xarakter daşıdığını qeyd edib. Prezident İlham Əliyev NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasında ölkəmizin fəal iştirak etdiyini, Azərbaycan hərbçilərinin sayının artırıldığını və əməliyyatlarda iştirak edən dövlətlərə zəruri nəqliyyat və logistik dəstək göstərildiyini vurğulayıb. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanın ikitərəfli əsasda da Əfqanıstana dəstək göstərdiyini, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələrinin Əfqanıstan üçün yeni imkanlar yaratdığını vurğulayıb. Dövlətimizin başçısı NATO-nun yüksək səviyyəli nümayəndə heyətinin ölkəmizə səfərinin ikitərəfli tərəfdaşlığın gündəliyində duran vacib məsələlərin müzakirəsi üçün əlverişli imkan yaratdığını deyib.
NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti onu və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyinə və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə dekabrın 12-də Bakıda keçirilməsi nəzərdə tutulan görüşə ev sahibliyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, Bakının NATO-Rusiya formatında görüşünün keçirilməsi üçün tam münasib məkan olduğunu, Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb. Qonaq Azərbaycanın NATO-nun etibarlı və fəal tərəfdaşı olduğunu qeyd edib, ölkəmizin Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasına verdiyi töhfəsini, Azərbaycan hərbçilərinin Əfqanıstanda və eləcə də ölkəmizin hərbçilərinin peşəkarlıqla NATO qərargahlarında xidmətini və NATO-nun təlimlərində iştirakını yüksək qiymətləndirib.
Dövlətimizin başçısı qlobal təhlükəsizliyə aid olan vacib məsələlərin müzakirə edilməsi üçün bir çox ölkələr arasından Azərbaycanın seçilməsini ölkəmizə olan hörmət və etimadın təzahürü kimi dəyərləndirib və bunun, eyni zamanda, ölkəmizin regional təhlükəsizlik, inkişaf və sabitliyin təmin edilməsində oynadığı rolun və yürütdüyü siyasətin göstəricisi olduğunu deyib.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

