Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15.12.2018 [10:42]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı, ilk növbədə, Ankarada dəmir yolu qəzası nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verib. Prezident İlham Əliyev Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bu gün ən yüksək səviyyədə olduğunu qeyd edib, 2018-ci ilin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından çox məhsuldar il olduğunu deyib. Özünün Türkiyəyə çoxsaylı səfərlərinə və eləcə də Türkiyə Prezidentinin Azərbaycana səfərlərinə toxunan dövlətimizin başçısı bildirib ki, birgə iştirak etdiyimiz layihələrin açılışları, Azərbaycanla Türkiyənin təşkil etdiyi hərbi parad və digər önəmli hadisələr birliyimizi bütün dünyaya nümayiş etdirib. Birgə həyata keçirilən layihələrdən danışan Prezident İlham Əliyev TANAP, TAP, Bakı-Tbilisi-Qars və eləcə də digər layihələrin dünya üçün böyük əhəmiyyət daşıdığını və ölkələrimizin bütün məsələlərlə bağlı bir-birini dəstəklədiyini deyib. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində Türkiyənin hər zaman birmənalı şəkildə Azərbaycanın yanında olduğunu və Türkiyənin bu məsələ ilə bağlı verdiyi son açıqlamaları məmnunluq hissi ilə qeyd edib, qardaş ölkənin bu mövqeyinə görə minnətdarlığını bildirib.
Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu qəbula və başsağlığına görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Mövlud Çavuşoğlu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.
Türkiyəli nazir qeyd edib ki, qardaş Azərbaycan və Azərbaycanın lideri Prezident İlham Əliyev hər zaman Türkiyənin yanında olub və Türkiyə də eyni şəkildə həmişə Azərbaycanın yanındadır. Mövlud Çavuşoğlu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasına toxunaraq bu tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təbriklərini çatdırıb. O, Azərbaycanın mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini məmnunluqla qeyd edib. Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycan və Türkiyə dövlətləri başçılarının səmimi dostluğu və qardaşlığı, onların verdiyi tapşırıqlar sayəsində iki ölkənin Xarici İşlər nazirlikləri sıx qarşılıqlı fəaliyyət göstərirlər. O, eyni zamanda, ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin önəmini qeyd edib və qarşıda bir çox görüləsi mühüm işlərin olduğunu deyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli ilə bağlı Türkiyənin bundan sonra da güclü dəstək verəcəyini qeyd edib.
Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını və ən xoş arzularını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

