/ / Prezident İlham Əliyev Xorvatiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Xorvatiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
25.09.2019 [09:52]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Xorvatiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Branko Zebiç fəxri qarovul dəstəsinin qarşısından keçib.
Etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir deyib: Sabahınız xeyir, cənab Prezident. Adım Branko Zebiçdir. Xorvatiyanın səfiriyəm. Burada olmaq, etimadnaməni təqdim etmək və Sizin çox yaxşı tanıdığınız Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin salamlarını Sizə çatdırmaq mənim üçün şərəfdir.
Prezident İlham Əliyev: Mənim salamlarımı xanım Prezidentə çatdırmağınızı xahiş edirəm. Mən bizim görüşlərimizi, xüsusilə ötən il ölkənizə rəsmi səfərim zamanı keçirdiyimiz görüşü xatırlayıram. Apardığımız müzakirələr ölkələrimiz arasında tərəfdaşlığın inkişafına xidmət edir. Düşünürəm ki, biz bir sıra sahələri əhatə edən çox səmərəli əlaqələr qurmağa müvəffəq olmuşuq. Əlbəttə ki, xanım Prezidentin Azərbaycana rəsmi səfəri və mənim ölkənizə səfərim əməkdaşlığımızın çox mühüm nümunələridir. Əminəm ki, özünüzü Azərbaycanda evinizdəki kimi hiss edəcəksiniz, çünki ölkələrimiz arasındakı dostluq münasibətləri xalq diplomatiyasını da əhatə edir. Düşünürəm ki, son illərdə Xorvatiyada daha çox adam bizim barəmizdə məlumatlı olub və daha çox azərbaycanlı sizin ölkəniz barədə məlumat əldə edib. Bu səbəbdən də düşünürəm ki, Azərbaycanda bir neçə il fəaliyyət göstərmək çox xoş olacaq. Əminəm ki, siz ənənəvi sahələrdə əməkdaşlığımızın güclənməsinə, həmçinin tərəfdaşlığımızın yeni sahələrinin tapılmasına öz töhfənizi verəcəksiniz. Sizə ölkəmizdə xoş günlər və uğurlar arzulayıram.
Səfir Branko Zebiç: Təşəkkür edirəm. Mən özümü çox yaxşı və artıq evimdəki kimi hiss edirəm. Mən bundan əvvəl bir il müddətində müvəqqəti işlər vəkili işləmişəm. Siz Zaqrebə səfər edən zaman mən Azərbaycanda yaşamağa başladım. Mən Xorvatiya nümayəndə heyətinin tərkibində idim. Baş Nazir məni Sizə təqdim etdi və mənim burada səfir olacağıma dair söz verdi. Lakin bu, Xorvatiyada bir qədər vaxt tələb etdi. Prosedur belədir.
Prezident İlham Əliyev: Azərbaycanda yaxşı yerləşmisiniz?
Səfir Branko Zebiç: Bəli, yaxşı yerləşmişəm, özümü evimdəki kimi hiss edirəm. Siz qeyd etdiyiniz kimi, əməkdaşlığı gücləndirmək və genişləndirmək üçün çoxlu sahələr var. Söhbət təkcə iqtisadi əməkdaşlıqdan getmir. Bu sahədə işlər çox yaxşı gedir. Xorvatiyanın Azərbaycanda ilk daimi səfiri kimi mən xüsusilə xalqlar arasında əməkdaşlığı genişləndirmək istərdim.
Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Xorvatiya Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

